Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Lamiyə ilə keçmiş nişanlısı arasında – Qalmaqal

Lamiyə ilə keçmiş nişanlısı arasında – Qalmaqal

Qalmaqallı Lamiyə Quliyevanın övladının sənədi ilə bağlı anlaşmazlıq aranı qatıb. Axar.az xəbər verir ki, övladı Uğurun doğum şəhadətnaməsində atası kimi keçmiş nişanlısı, hazırda Qobustan qapalı həbsxanasında ömürlük cəza çəkən Vüqar Əliyevin adının göstərilməsi barədə mediada yayılan xəbər münasibətləri gərginləşdirib. Vüqar Əliyevin həbsxana ola-ola ailə qurduğu həyat yoldaşı işə qarışıb. L.Quliyeva bildirib ki, V.Əliyevin xanımı Aynur Əliyeva onunla əlaqə saxlayaraq Modern.az-a verdiyi müsahibədə səsləndirdiyi fikri aydınlaşdırmasını tələb edib.

“Mən bu məsələ barədə Lamiyə Quliyeva ilə danışdım. O dedi ki, mən uşağımın doğum haqqında şəhadətnaməsində atası kimi Vüqar Əliyevin adını qeyd etdirməmişəm. Onun fikirləri səhv anlaşılıb”. Bunu A.Əliyeva “Azadlıq”a deyib. Onun sözlərinə görə, Lamiyənin müsahibəsini oxuduqdan sonra onunla əlaqə saxlayıb: “Ona dedim ki, niyə belə demisən? Axı sən özün də bilirsən ki, uşağın atası Vüqar Əliyev deyil. Kim olduğunu bilirsən. O isə bildirdi ki, müsahibədə elə deməyib. Guya jurnalist onu səhv başa düşüb. Lakin bu, inandırıcı deyil. Çünki mən ona dedim ki, o zaman doğum haqqında şəhadətnamənin fotosunu mənə göndər, baxım, ondan sonra əmin olaram ki, düz deyirsən, ya yox. O, buna razı olmadı”. A.Əliyeva bildirib ki, bu işlərdə həyat yoldaşının adının hallandırılması yolverilməz hərəkətdir: “Bu bizim ailəmizə zərbədir. Ona görə də mən buradan bəyan edirəm ki, əgər kimsə bu məsələlərdə mənim yoldaşımın adını hallandırsa, onu məhkəməyə verəcəm”. Xatırladaq ki, Lamiyə Quliyeva jurnalistin onu yanlış anladığını bildirərək, övladının doğum şəhadətnaməsinin surətini Axar.az-a göndərməklə uşağın atası kimi keçmiş nişanlısı Vüqar Əliyevin adının qeyd edilmədiyini təsdiqləyib.

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …

Bir cavab yazın