Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Siyasət / Lalə Şövkət Prezidentə müraciət etdi: “Onu ölməyə qoymayın!”
????????????????????????????????????

Lalə Şövkət Prezidentə müraciət etdi: “Onu ölməyə qoymayın!”

Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bakupost.az xəbər verir ki, Lalə Şövkət Saleh Rüstəmovun azadlığa buraxılmasını xahiş edib:
“Cənab Prezident!

Mən ilk dəfədir Sizə müraciət edirəm.

39 gün aclığı davam etdirən Saleh Rüstəmov artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir.

Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər. Saleh bəyi ölməyə qoymayın!”

Həmçinin oxuyun

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi. Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının …