Ana səhifə / Siyasət / Lahıcda şortla gəzməyə qadağanın qoyulması ilə bağlı məlumatlara rəsmi aydınlıq gətirildi

Lahıcda şortla gəzməyə qadağanın qoyulması ilə bağlı məlumatlara rəsmi aydınlıq gətirildi

İsmayıllı rayonunun Lahıc qəsəbəsində insanların şortla gəzməsinə qadağanın qoyulması ilə bağlı yayılan məlumatlar yalandır.
Bu barədə Trend-ə İsmayıllı rayonunun Lahıc bələdiyyəsindən bildirilib.
Bələdiyyədən verilən məlumata görə, elanda adı qeyd edilən Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılova iki ildir ki, bu vəzifədə çalışmır: “Həmin elan köhnə elandır. İki-3 il əvvəl olan elanı sosial şəbəkələrdə indi yerləşdiriliblər. Belə bir elanın indi yayılmasında məqsədin nə olduğunu başa düşə bilmirik.  Hazırda Lahıcda heç bir yerdə belə bir elan yerləşdirilməyib və  qadağa da qoyulmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Lahıc qəsəbəsində insanların sortla gəzməsinə qadağaın qoyulduğu elan yerləşdirilib. Elanda qeyd edilib ki, qəsəbənin adət-ənələrinə riayət edilməli, burada milli ənənələrə uyğun olmayan paltarlarla -şortla gəzmək qadağandır. Elanda bu tapşırğın Lahıc bələdiyyə sədri İsmayılova Rəfiqə və Lahıc qəsəbə icra nümayəndəsi Fikrət Haqverdili tərəfindən verdiyi qeyd edilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın