Ana səhifə / Siyasət / Laçınlı məcburi köçkünlər Ermənistana qarşı beynəlxalq məhkəməni uddu

Laçınlı məcburi köçkünlər Ermənistana qarşı beynəlxalq məhkəməni uddu

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib.

Bu barədə vəkil Anar Bağırov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

Amma maddi kompensasiya ilə bağlı sual açıq qalıb. Daha dəqiq desək, məhkəmə bu məsələni həll etmək üçün tərəflərə 12 ay vaxt verib.

Qeyd edək ki, “Çıraqov və başqaları Ermənistana qarşı” işi 2005-ci ilin aprelində baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın