Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Laçınla Mehri dəyişdirilməli idi…- Lakin biz buna razı olmadıq…”

“Laçınla Mehri dəyişdirilməli idi…- Lakin biz buna razı olmadıq…”

 “O dedi ki, sizdən xahiş edirəm, mənim bu haqda danışdığımı heç kəsə söyləməyəsiz…” 

Bu cümləni Ermənistanın keçmiş müdafiə naziri Varqaşak Arutyunyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində sələfi Vazgen Sərkisyanla arasındakı dialoq barədə danışarkən işlədib. O, 1999-cu ilin iyulunda  cəmi bir ay öncə əvəz etdiyi   sabiq nazirin onu bağ evinə dəvət etdiyini xatırlayaraq deyib:
“Vazgen Sərkisyan Mehri-Laçın variantının olması haqda danışdı və dedi:  “Sizdən xahiş edirəm, mənim bu haqda danışdığımı heç kəsə söyləməyəsiz”. 

1999-cu ilin iyulunda, yəni oktyabrın 27-dək(söhbət həmin il Ermənistan parlamentində V.Sərkisyanın da qətlə yetirildiyi məlum terror aktından söhbət gedir-S.L.) biz Ermənistan-Naxçıvan sərhədinin Sədərək məntəqəsində Robert Köçəryan, mən və  Azərbaycan Müdafiə nazirinin də yanında olduğu Heydər Əliyevlə görüşdük. Danışıqlardan sonra Köçəryan məni dəvət etdi və  sözügedən variantı təqdim edərək dedi ki, bu, müsbət bir seçimdir və Ermənistanın inkişafını təmin edəcək. Əlbəttə, mən buna etirazımı bildirdim. Bununla yanaşı, 27 oktyabrdan sonra da  Qarabağla bağlı danışıqlara qatıldım, həmsədrlər mənimlə görüşdülər və yenə də bu layhəni təqdim etdilər. Müzakirələr aparıldı, mən də  bir daha dedim ki, bu variant Ermənistanın təhlükəsizliyini təmin etmir…” 

V.Arutyunyanın müsahibəsindən bəlli olur ki, işğalçı ölkənin keçmiş  parlament sədri Karen Dəmirçiyan, eləcə də həmin vaxt baş nazir olan Vazgen Sərkisyan da Mehri-Laçın variantının əleyhinə olublar… 
Xatırladaq ki, “Mehri dəhlizi”nin “Laçın dəhlizi” ilə dəyişdirilməsi planını ilk dəfə məşhur Amerika politoloqu Pol Qobl irəli sürüb və bu layihə tarixə “Qobl planı” kimi düşüb…
Moderator.az

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …