Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Laçında salınan kəndin tikintisi yarımçıq saxlanıldı Ermənilər təşvişdə

Laçında salınan kəndin tikintisi yarımçıq saxlanıldı Ermənilər təşvişdə

“Aprel döyüşləri”nin xofu erməniləri qarabaqara izləməkdə davam edir.
 Ermənistan KİV-i xəbər verir ki, Qarabağdakı işğalçı siyasətin perspektivsizliyini anlayan mülki ermənilər kütləvi sürətdə bölgəni tərk edirlər.
Bunun sübutu olaraq, Laçının Zabux kəndinin yerində salınan və Ariavan adını alacaq kəndin tikintisində yaranmış fasiləni göstərmək olar.
Separatçı rejimin “Şəhərsalma Nazirliyi”nin yaydığı məlumata görə, Ariavan kəndinin tikintisində istifadə olunan bütün texnika cəbhə xəttinə yönəldilib və işğalçı ordunun yeni mövqelərinin hazırlanmasında istifadə edilir.
Kəndin 26 evdən ibarət ilk məhəlləsi istifadəyə tam hazır olsa da, 2-ci və 3-cü məhəllələrin istifadəsi ləngiyəcək.
Digər tərəfdən isə Ariavana kəndinə yerləşdirilməsi planlaşdırılan suriyalı ermənilər apreldə baş verən hərbi əməliyyatlardan sonra Qarabağa köçmək niyyətini dəyişiblər.
Xatırladaq ki, Livan erməni diasporunun “ARİ” fondu tərəfindən tikintisi maliyyələşdirilən Ariavan kəndi 150 evdən ibarət yaşayış məskəni olmalıdır.
Onun 2016-cı il sentyabrın 2-də istifadəyə verilməsi planlaşdırılıb.(Modern.az)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın