Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Laçında erməniləri zorla yığıb posta aparırlar ki, “baş nazirin” taxılını qorusunlar…

Laçında erməniləri zorla yığıb posta aparırlar ki, “baş nazirin” taxılını qorusunlar…

Azərbaycanın işğal altındakı Laçın rayonunda qeyri-qanuni məskunlaşdırılmış erməni sakinləri şikayətlənir ki, onları səfərbər edib “baş nazirin” taxıl zəmilərini qorumaq üçün zorla posta aparırlar.

Virtualaz.org xəbər verir ki, bu haqda “Qraparak” qəzetinə Laçında məskunlaşdırılmış erməni qadın deyib. Lakin o, adını çəkməkdən ehtiyat edib, çünki Qarabağda qondarma “hakimiyyət”in əleyhinə danışmaq təhlükəli işdir.

Qadın deyir ki, adamları səfərbər edib azərbaycanlılar “baş nazir”in taxıl zəmilərini atəşə tutmasın deyə zorla postlara çıxarırlar. “Adamları hərbi polisin müşaiyəti ilə posta aparırlar və qorxudurlar. İşxanadzor icması var, orada bizim kəndliləri qəpik-quruşa işləməyə məcbur edirlər”-qadın deyib.

Dağlıq Qarabağın qondarma “baş naziri” Ara Arutyunyanın sözçüsü bu deyilənləri təkzib edib, bildirib ki, “baş nazirin” Laçında taxıl zəmiləri yoxdur. Bununla belə Laçında məskunlaşan ermənilər əmindir ki, taxıl zəmiləri məhz Arutyunyana məxsusdur. “Bunu hamı bilir, hər yerdə onun adını çəkirlər, baş nazirin mağazaları da var”-ermənilər deyir.

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …

Bir cavab yazın