Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / Laçında açılan çörək zavodu İrəvanda gündəm oldu

Laçında açılan çörək zavodu İrəvanda gündəm oldu

Azərbaycanın Laçın, Zabux və Susa nəzarəti bərpa etməsi Ermənistanda birmənalı qarşılanmayıb. Siyasətçilər, ziyalılar, yerli saytlar Bakının addım-addım bütün istəklərinə nail olmasını yazır, baş verən proseslərdə İrəvanı günahkar çıxarırlar.

Bu gün isə politoloq Qaqik Hambaryan azərbaycanlıların Laçına ayaq basan kimi dərhal burada sosial obyektlər açmasından gileylənib. Onun fikirlərindən belə anlaşılıb ki, 30 il viran qoyulmuş Azərbaycan torpaqlarında dərhal quruculuq və bərpa işlərinin başlanmasını erməni cəmiyyəti həzm edə bilmir.

– Yayılan yeni görüntülər türklərin(Ermənilər azərbaycanlalıları belə çağırırlar-red.) Laçında çörək sexi açdığını göstərir.

İndi başa düşürsünüz ki, satqınlar niyə öz erməni vətəndaşlarını terrora məruz qoyub deyirdilər ki, “evləri, tikililəri dağıtmayın, yandırmayın”? Bəli, onlar ona görə belə çağırışlar etdilər ki, türklər gəlib hazır evlərə, binalara yerləşsinlər və beləcə istehsala başlasınlar, – politoloq erməni vandalizminin Zabux və Laında tam gücüylə işləməməsindən gileylənib.

Qeyd edək ki, digər saytlar da Azərbaycanın operativ şəkildə burada sosial obyektlər açmasını müzakirə mövzusuna çeviriblər.

AzVision.az

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …