Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Laçın icra başçısının gizli gəlir ünvanlarından biri… – Yığılan rüşvət başçıya ötürülür…

Laçın icra başçısının gizli gəlir ünvanlarından biri… – Yığılan rüşvət başçıya ötürülür…

Məlum olduğu kimi bu gün Laçın Rayon Mərkəzi Xəstəxanası (RMX) müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. Xəstəxamanın baş həkimi Rauf İsfəndiyarovdur. Hazırda Mərkəzi Xəstəxananın tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. Redaksiyamıza daxil olan məlumatlarda isə sakinlər rayon səhiyyəsinin olduqca bərbad durumda olduğunu bildirirlər.

Vətəndaşların xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında yol verilən maxinasiyaların olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çox olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Məlumatlarda qeyd olunur ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, bu şöbə hazırda sakinlər arasında daha çox “abort evi” adı altında tanınır. Bununla belə təbii doğuş da burada təxminən 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi Rauf İsfəndiyarova çatır. Daha sonra açıqlamalarda Laçın səhiyyəsinə ayrılan dövlət vəsaitlərinin də RMX rəhbərliyi tərəfindən mənmsənildiyi bildirilir. Yayılan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasına təkcə ötən ildə satınalmalarla bağlı 120 min manat və rayonun daxili büdcəsindən isə 250 min manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə adı olub özü olmayan tibb məntəqələrinin cari təmiri adı altında silinərək mənimsənilib. Baş həkim həm də Səhiyyə Nazirliyinin xətti ilə RMX-yə ayrılan pulları təyinatı üzrə xərcləmir. Məlumata əsasən, baş həkim Rauf İsbəndiyarov icra başçısı Akif Səlimova arxalanaraq tibb ocağında çalışan işçilərin maaşına göz dikir. İddialara görə Rauf İsfəndiyarovun qazanc mənbəyindən biri isə Mərkəzi Xəstəxananın nəzdində olan Təcili Tibbi Yardım Mərkəzidir. Belə ki, baş həkim qanunları ayaq altına ataraq hər gün yalandan çağırışlar yazdırır. Bunun nəticəsində isə ay ərzində dövlətin tonlarla yanacağı və dərman ləvazimatları silinir.

Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Rayon sakinlərinin fikrincə, Laçın Rayon Mərkəzi Xsətəxanasında əmək intizamı tamamilə yaddan çıxıb, bütün kainetlərdə xəstələrdən sürəkli rüşvət yığılır və hər kəs baş həkimə aylıq hesab verir.Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Laçın Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın