Şənbə , Fevral 27 2021
Ana səhifə / Siyasət / Laçın dəhlizi nəzarətə götürülməlidir: Yara irinləməmiş kəsib atmaq lazımdır

Laçın dəhlizi nəzarətə götürülməlidir: Yara irinləməmiş kəsib atmaq lazımdır

“Bu gün mediada erməni silahlılarının Xan Kəndindən çıxarılmasına başlanılması haqda məlumatlara rast gəldim. 2 ay bundan öncə “Qarabağ regionunda heç bir silahlı qüvvələrin olmasına Azərbaycan icazə verməməlidir və ümumiyyətlə Ermənistanla sərhəd rejimini tam bərp edilməsinə (o cümlədən Laçın və Kəlbəcətdə) nail olmalıdır” demişdim və yenə öz fikirimdə qalıram”. 

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, 5 kilometr eni olan Laçın karidoru və başqa reqionlar 1950 nəfərlik RF-nın silahlı qüvvələri ilə nəzarətə götürülməlidir. 

“DQ hökumətinin formalaşması Azərbaycan konstitusiyasına əməl etməklə həyata keçirilməlidir. Yəni heç bir Arutyunyan və başqası prezident təyin edilə bilməz, çünki o regionda heç bir prezident vəzifəsi konstitusiyada yoxdur. Azərbaycan parlamenti orada müvəqqəti idarəçilik qanununu qəbul edə bilər. Əks halda o arutyunyanlar cinayətkarlardır, onların həbs olunması barədə qərar çıxarılmalıdır və rus sülhməramlılarından onu həbs edib Azərbaycana təvil verilməsini təmin etmək xahiş edilməlidir.

O zonada olan silahlı qüvvələr öz xoşları ilə tərksilah olmalıdırlar, əks halda Azərbaycanın polis qüvvələri onları həbs edib Azərbaycana gətirməlidirlər. Azərbaycan öz torpaqlarına sahib çıxmalıdır. Bunu bizim əvəzimizə heç kim etməyəcək. Azərbaycana qayıtmaq istəyən ermənilərin sayı 5 mini keçmirdi. İndi 50 mindən çox erməninin qayıtdığından fəxrlə hesabat verirlər. Bunlar hamısı bizim əleyhimizə işləyir və daha ağır nəticələrlə işləyəcək. Yara irinləməmiş kəsib atmaq lazımdır”.

Həmçinin oxuyun

“Revanşistlər də 10 noyabr sazişindən çıxmayacaqlar”

“Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi. Çünki hazırda Paşinyana qarşı iki qrup mübarizə aparır. Bunlardan biri …