Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Lənkəranskinin qəbirüstü abidəsi bu ölkədə hazırlanacaq – Fotolar

Lənkəranskinin qəbirüstü abidəsi bu ölkədə hazırlanacaq – Fotolar

Avqustun 18-də Türkiyədə qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qəbirüstü abidəsi hələ də hazır deyil.

Qafqazinfo“nun Lənkəran şəhərində olan əməkdaşı qanuni oğrunun məzarına baş çəkib. Məlum olub ki, ölümündən 3 aydan çox vaxt keçsə də, hələ ki, məzarının üstü götürülməyib. Məzarın üstü yağışdan qorunmaq üçün çardaqla örtülüb.

Əməkdaşımız həmçinin avtoritetin məzarının hələ də ziyarət olunduğunu və qəbrinin üstünün gül çələnglərinin düzüldüyünü müşahidə edib.

Yaxınları bildirib ki, Rövşənin qəbirüstü abidəsi il mərasiminə qədər hazır olacaq:

“Buna görə Bakıdan memarlar gəlib və layihəsini hazırlayıblar. Abidənin özü isə Hindistan və ya Çində hazırlanacaq”.

Avtoritetin məzarının hazırkı vəziyyətini əks etdirən fotoları təqdim edirik:

 

 

Lənkəranskinin qəbirüstü abidəsi bu ölkədə hazırlanacaq -  Fotolar
Lənkəranskinin qəbirüstü abidəsi bu ölkədə hazırlanacaq -  Fotolar

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın