Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib.

Azinforum.az – ın verdiyi məlumata görə, Tədbiri LDU-nun rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. O, ilk olaraq bu il universiteti bitirən bütün məzunları, onların valideynlərini, həmçinin professor-müəllim heyətini əlamətdar gün münasibətilə ürəkdən təbrik edərək səmimi ,xoş arzularını bildirib və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Professor Natiq İbrahimov insan həyatında elm və təhsilin əvəzsiz rol oynadığını qeyd edərək, məhz bu iki qoşa qanad sayəsində yüksək zirvələrə uçmağın mümkünlüyündən söz açıb, bunun üçün insandan istedadla bərabər, həm də əməksevərlik, səbir, dözüm, fədakarlıq kimi keyfiyyətlərin tələb edildiyini xüsusi vurğulayıb.

Bu il universiteti 533 məzunün bitirdiyini deyən rektor hər il olduğu kimi bu il də magistratura imtahanlarında LDU məzunlarının respublikada yüksək göstəricilərə nail olduğunu qeyd edib, Lənkəran Dövlət Universitetinin ölkə ali məktəbləri arasında öncül sırada qərarlaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məzunların sevincinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Möhübbət Babayev də şərik çıxıb.İcra rəsmisi çıxışında məzunlara qazandıqları bilikləri həyatda uğurla tədbiq etməyi,ölkə üçün dəyərli vətəndaş,bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.

LDU-nun əvvəlki buraxılış ilinin məzunlarından Murad Katifeçi,Lənkəran Humanitar Kollecinin direktoru Ruslan Həmidov,LDU valideynlər şurasının sədri Sərhad Məmmədov çıxış edərək məzunları bu xoş gün münasibəti ilə təbrik edərək təhsil aldıqları tədris ocağının adını daim uca tutmağı,həyat yollarında büdrəməməyi,gələcəyimizin əsl qurucuları olmağı arzu ediblər.Məzunların doğma universitetə,sevimli müəllimlərə minnətdarlıq duyğularını Aylin Məmmədova çatdırıb.O,LDU-da təhsil illəri boyunca məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə təşəkkür bildirib. Universiteti müvəffəqiyyətlə bitirən məzunlara fərqlənmə diplomlarını professor Natiq İbrahimov təqdim edib.Eyni zamanda,LDU-nun ictimai həyatında fəal iştirak edən məzunların bir qrupuna da diplomlar rektor,prorektor,icra rəsmisi və mötəbər qonaqlar tərəfindən təntənəli şəkildə təqdim olunub. Bu günkü Məzun günündə magistraturaya yüksək balla qəbul olunan məzunlar fəxri-fərmanlarla mükafatlandırılıb.28 May Respublika Günü münasibəti ilə PRESTİJ-S tədris mərkəzinin LDU ilə birgə keçirtdiyi məntiq olimpiadasının qalibləri də mükafatsız qalmayıblar.

Qaliblərə qiymətli hədiyyələr və fəxri-fərmanlar təqdim olunub.Eyni zamanda ,qarışıq döyüş növləri üzrə keçirilən bölgə turnirində qalib olan LDU komandasının layiq görüldüyü fəxri fərman və BUDO federasiyasının kuboku rektor Natiq İbrahimova təqdim edilib. Məzun günü tələbələrin ifasında şux mahnı və rəqslərlə ,maraqlı ifalarla yekunlaşıb.Sonda xatirə şəkilləri çəkilib.

Esmira Ismayılova-LDU-nun mətbuat xidmətinin rəhbəri.

 

 

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …

Bir cavab yazın