Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Lənkəran Dövlət Humanitar Kollecinin direktoruyla bağlı ilginc iddialar

Lənkəran Dövlət Humanitar Kollecinin direktoruyla bağlı ilginc iddialar

Ruslan Həmidovun şadlıq evindən tutmuş, bahalı evlərinə qədər hər şeyi var

Lənkəran Dövlət Humanitar Kollecinin (LDHK) direktoru Ruslan Həmidovla bağlı olduqca ilginc iddialar var. Həmin iddiaların müəllifi isə Lənkəran Ziyalılar Cəmiyyətinin üzvü Faiq Əsədovdur.

JAM.AZ-a yazan Əsədov xeyli iddialar səsləndirib, müxtəlif rəqəmlərdən ibarət faktlar sadalayıb. Onun bildirdiyinə görə, LDHK-nin dirktoru Ruslan Həmidov separatçı Əlikram Hümbətovun xalası oğludur. Eyni zamanda, onu 1990-1993-cü illərdə Hümbətovu maliyyələşdirən əsas adam kimi təqdim edir. Və qeyd edir ki, 1993-cü ildə 120 min manatı «Talış Partiyası»nı köçürüb.

Amma iddialar bununla bitmir. O vurğulayır ki, Ruslan Həmidovun xüsusi pulyığanları var. «Musiqi müəllimi Fikrət, sürücüsü Kamran və qiyabi şöbənin müdiri Xuraman rüşvət yığmaqla məşğuldurlar. Kollecin təsərrüfat müdiri M.Mahmudov orta ixtisaslı olmaqla yanaşı, 70 yaşı var. Amma məlum olmayan səbəblərdən hələ də vəzifəsində qalıb, işləyir. Halbuki o, 65 yaşında işdən çıxarılmalı və pensiyaya göndərilməliydi».

Faiq Əbilov JAM.AZ-a göndərdiyi məktubunda vurğulayır ki, Ruslan Həmidov dəfələrlə işçiləri və tələbələri qorxudaraq, onlara hədə-qorxu gəlib. «Bildirir ki, pul verib vəzifəyə gəlib, ona görə də, pulu çıxarmalıdır. Müavini Ülviyyə tələbələrə 1 həftə üçün 50 manata, 15 günlük 100 manata, aylıq isə 200 manata icazə verir. Hazırda adı kollecdə gedən, lakin özü Rusiyada olan onlarla tələbə var. Digər müavini Aysel xanım isə tələbələrin kreditlərinə nəzarət edir. Onun təyin etdiyi qiymət 1 kredit üçün 3 manat, 3 kredit üçün 100 manatdır».

Qiyabi şöbədə də durumun bərbad olduğunu bildirən şikayətçi iddia edir ki, sözügedən şöbəyə rəhbərlik edən Xuraman müəllimə tələbələrdən hər sessiyada 300-500 manat pul alır. «Ayda 1 dəfə tələbələri sessiyaya çağıraraq, onlardan 30 manatdan pul yığır. Kollecin məsul katibi Mübariz adlı musiqi şöbəsinin müəllimi II turda abituryentlərdən 4000-7000 manatdan pul alaraq, Ruslan Həmidova verib. Və az balları olmasına baxmayaraq, onları kollecə yerləşdirəcəyinə söz verib».

İşin ən ilginc tərəfini Faiq Əbilov belə izah edir: «Ruslan Həmidov deyir ki, o heç nə edə bilməz. Çünki nazirliyə, Kənan Quliyevə haqq verir. Kadrlan şöbəsinin müdiri Vüsalə orta ixisaslıdır. İnşaat mühəndisiliyini bitirmiş İlqar isə MMQ rəisi işləyir».

Ziyalılar Cəmiyyətinin üzvü deyir ki, kollecdə dərs bölgüləri də düzgün aparılmır. Onun sözlərinə görə, direktor Ruslan Həmidov kollecdə tam ştat vəzifədə işləməsinə rəğmən, Lənkəran Dövlət Universitetində də müəllim kimi çalışır. «Bu isə qanuna ziddir. Hər uşaq fond pulu olaraq ayda 1 manat, tələbə bileti üçün isə 50 manat verməlidir. Bu işləri direktor Ülviyyə, Maya, Xuraman, Fikrət və Ayselə həvalə edib».

JAM.AZ bildirir ki, Ruslan Həmidov LDU-nun təsərrüfat müdiri vəzifəsində çalışıb və oradan da LDHK-yə direktor təyinatı alıb. «O, kollecin baş mühasibi Azadə ilə birləşərək xüsusi vəsaitdən 180 min manat pul mənimsəyiblər. Belə ki, 140 min manatı xüsusi vəsaiğdən təyinatdan kənar köhnə binanın təmirinə xərcləyiblər. Bu pulla ancaq ağartma işləri, Musiqi Şöbəsinin pəncərə və dam örtüyünü yeniləməyə sərf ediblər. Büdcədən ayrılmış 24 min manatı isə 1 günün içində dəftərxana ləvazimatları üçün xərcləyiblər».

Faiq Əbilov daha sonra bildirir ki, Həmidovun kollecdəki digər gəlir yerləri sırasında bufet də var. Amma əsas qazanc mənbələrindən biri isə Lənkəranın Həftoni qəsəbəsində inşa etdirdikləridir. «Həmidov Həftoni qəsəbəsində işçisi Nadir Axundovla bir yerdə 3 hektar ərazidə özünə villa, şadlıq evi və istirahət pansionatı tikidirir. 2 ilə yaxındır direktor işəyən bir şəxsin tikinti işlərinə 700 min manat pul xərclədiyi deyilir. Tikinti işlərinə də Nadir Axundov rəhbərlik edir. Lənkəranın mikrorayonlarında və mərkəzində, Sutamurbovda evləri və maqazinləri olan kollec direktorunun bu qədər imkana sahib olmasının özü müəmmalıdır. Onun həmçinin şəhərin mərkəzində 580 kv.metr həcmində çilçıraq dükanı da var. Qapısında isə iki maşın dayanır. Onlardan biri «Range Rover», digəri isə «Hyundai»dir».

Lənkəran ziyalısı daha sonra bildirir ki, Ruslan Həmidov LDU-da təsərrüfat müdiri işləyən zamandan bir sıra maxinasiyalara imza atıb. Bu barədə qeyd edir ki, o, LDU-ya ayrılmış 480 min manatı rektor A.İsgəndərovla birlikdə sirrli şəkildə xərcləyiblər. Belə ki, univeristetin korpuslarının təmir edilməsinə ayrılmış 50 min manata yaxın pulun nəyə xərcləndiyi məlum deyil. Ruslan Həmidovun «Şəhər İnşaat» MMC şirkətinin əliylə həyata keçirilən prosesin əsas məqsədi pul silməkdən ibarət olub. Universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün ayrılmış 59 min manatdan da xəbəri olan yoxdur».

Əbilov iddia edir ki, LDU üçün sair maşın və avadanlıqların satın alınması üçün ayrılmış 150 min manatdan da xəbəri olan mövcud deyil. «Həmin pulların böyük qisminin rektor və təsərrüfat müdiri tərəfindən şəxsi məqsədlərinə xərcləndiyi aşkarlanıb. Bundan əlavə, sair xərclər üçün 31204 manat, yumuşaq inventarın alınması 49212 manat, digər alışlar və xidmətlərin satın alınmasına ayrılmış 14764 manat, avadanlıqların satın alınmasına 48098 manatın də nəyə xərcləndiyi bəlli deyil».

Təsəvvür edilməsi mümkün olmayan xərclərdən biri isə dəfətərxana ləvazimatlarının alınmasıyla bağlıdır. JAM.AZ bildirir ki, LDU-ya bu məqsədlə 46792 manat pul ayrılıb. Normada bu pulla camaat mətbəə işlədir. Çünki bu məbləğ tonlarla kağız alınmasına sərf oluna bilər.

Faiq Əbilov iddia edir ki, hələ 2005-2006-cı illərdə Hesablama Palatası LDU-da yolxama apararaq, xeyli yeyinti halları aşkarlamışdı. Həmin araşdırma zamanı məlum olmuşdu ki, Ruslan Həmidov və yaratdığı «Şəhər İnşaat» şirkəti büdcə vəsaitlərinin 1 milyon manatını mənimsəyib. Lənkəran ziyalısı bununla bağlı iki fakt təqdim edib: «Birinci faktda vurğulanır ki, Lənkəran şəhəri Füzuli küçəsində yerləşən, əvvəllər Lənkəran Sovxoz Texnikumu kimi fəaliyyət göstərən təhsil ocağına məxsus tikili təmir edilərək LDU-nun balansına verilib. Rektor A.İsgəndərov və təsərrüfat müdiri R.Həmidovla birləşərək, yarımçıq tikilinin panellərinin hər birini 350 manata, mişar daşlarını, dəmirdən olan hörgülərini, armaturlarını, bütün materiallarını sataraq, pula çeviriblər. LDU-nun balansında olan torpaq sahəsinin yola baxan hissələri isə iş adamlarına ya icarəyə verilib, ya da böyük məbləğ müqabilində satılıb».

İkinci fakt kimi isə Maliyyə Nazirliyinin apardığı 3 yoxlamadan sonra ortaya çıxan mənzərə göstərilir. «Nazirliyin yoxlaması zamanı məlum olub ki, kollec rəhbərliyi büdcədən 165 min manatın israf edildiyini dəqiqləşdirib və onun geri ödənilməsini təmin edib».

Faiq Əbilov sonda qeyd edib ki, müvafiq dövlət qurumları çoxdan Ruslan Həmidov və onun kimi şəxslərlə bağlı cinayət işi qaldırmalıydı.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın