Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Kütləvi idman yarışında biletləri baha satanlar cəzalanacaq – SƏRƏNCAM

Kütləvi idman yarışında biletləri baha satanlar cəzalanacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərancama əsasən İnzibati Xətalar Məcəlləsində aşağadakı dəyişikliklər edilib:
Maddə 224-1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması
224-1.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə –
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.
224-1.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə –
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.
Maddə 298-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma
298-1.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:
298-1.0.1. Bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;
298-1.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə –
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın