Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Kütləvi etirazlar: Həbslər, intihar cəhdləri… – İcra başçısına qarşı sərt tələb – VİDEOLAR

Kütləvi etirazlar: Həbslər, intihar cəhdləri… – İcra başçısına qarşı sərt tələb – VİDEOLAR

Bu gün Lənkəranda keçirilən aksiyaya görə AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənli və Müsavat partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyev saxlanılıblar. Hazırda hər iki şəxs Lənkəran şəhər polis şöbəsindədir.

***

Füzuli sakinləri isə bugünkü aksiyada icra başçısı və polis rəisinin rayondan çıxmasını tələb ediblər.

Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Füzulinin Böyük Bəhmənli kəndinin iki sakini, dünən və bu gün keçirilən aksiyalarda fəal olan Nəbi və Hikmət adlı şəxslər saxlanılıb.

“Füzulinin icra başçısı Alı Alıyev aksiya zamanı kəndə gəlib, sakinlərə problemlərin həll ediləcəyinə dair söz verib. Amma icra başçısı kənddən çıxandan sonra ora polis göndərilib və adları çəkilən iki sakin saxlanılıb. Bundan qəzəblənən kənd camaatı bu gün saat 19 radələrində Bakı-Horadiz yolunu kəsib. Tələbləri isə odur ki, tutulan iki nəfər buraxılsın”, – deyə məlumatda bildirilir.

Mənbə qeyd edir ki, hazırda da rayonda gərginlik davam edir. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri kəndə gəlsələr də, insanlar dagılışmır, tutulanların buraxılmasını tələb edirlər. Hadisə yerinə Füzuli ilə yanaşı, Beyləqan rayonundan da polislərin cəlb olunduğu bildirilir.

***

Daha bir etiraz aksiyası da Ağcabədidə keçirilib. Sakinlər bahalaşmaya eturaz ediblər. Bundan başqa, məlumatlara görə, 3 Ağcabədi sakini binanın başına çıxaraq intihar etməyə cəhd göstərib.

Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli isə Azadlıq Radiosuna deyib ki, intihar etmək istəyən bir nəfər – Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış: «Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. «Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq» deyirdilər».

Rayon sakini Cahid Hacıbəyli Azadlıq Radiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburi köçkünlər olub.

Rəşid Nəcəflinin sözlərinə görə, aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.

«Dedilər ki, «nə probleminiz var, həll edəcəyik». O gənc də dedi ki, «həmişə söz verirsiniz, amma sonra da aldadırsınız». Bəziləri danışır ki, hökumətin onlara verdiyi evləri kirayə verib gedib ata-ana, qardaş-bacı yanında yaşayırlar ki, birtəhər aldıqları pulla dolansınlar. Bir müəllimə cibindən resepti çıxardı, dedi ki, bir aydır gəzdirir, ancaq dərman ala bilmir. İcra başçısı da onları dinləyəndən sonra cavab verdi ki, ölkənin 20 faizi işğal altındadır, müharibə bitməyib, bu cür etirazlara ehtiyac yoxdur və s…» – Rəşid Nəcəfli deyib.

Rəsmilər və sakinlər gənci intihar fikrindən daşındırıblar. İcra başçısı problemlərin həllini vəd edib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın