Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Kürdə boğulan polisin – Fotosu + yenilənib

Kürdə boğulan polisin – Fotosu + yenilənib

Xəbər verdiyimiz kimi, peşə bayramlarını qeyd edən gənc polislər çimərkən boğularaq faciəvi şəkildə həlak olublar.

” Azinforum.az ” FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi dünən saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Xatırladaq ki, üç polis peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.

***

” Azinforum.az ” big.az-a istinadən Şahlar Mamayevin fotosunu təqdim edir:

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın