Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “KTV-1”-in qiymət fırıldağı – Şirkət “endirim” adı ilə internetin qiymətlərini birdən-birə 5 manat qaldırdı

“KTV-1”-in qiymət fırıldağı – Şirkət “endirim” adı ilə internetin qiymətlərini birdən-birə 5 manat qaldırdı

“KTV- 1” kabel televiziyasının şok saxtakarlığı üzə çıxıb.

Avropa.info xəbər verir ki, əhaliyə televiziya kanalları və internetlə birgə 23 manatlıq paket təklif edən “KTV- 1” bu xidməti birdən- birə 5 manat qaldırıb. Manatın məzənnəsinin aşağı düşməsi, dolların qiymətinin qalxmasından sonra, “KTV- 1”-in bu addımı bəlkə də başa düşülərdi. Hərçənd ki, qiymət nə az nə çox 5 manat qaldırılıb.

Lakin, əsas məsələ “KTV- 1”-in müştərilərə təqdim etdiyi telekanallarda yerləşdirdiyi elandadır. Həmin elanda belə yazılıb: “Hörmətli müştərilər, “KTV- 1″ kabel televiziyasının təqdim etdiyi endirim fevral ayında başa çatır.”

İki ildir ki, “KTV-1”-in televiziya kanalları+internet xidmətindən istifadə edən Avropa.info-nun əməkdaşı hansı “endirimdən” söhbət getdiyini öyrənmək üçün, şirkətə zəng edib. Axı, əvvəllər 22 manat olan paketin qiymətini cəmi bir neçə ay öncə, “KTV- 1” kabel televiziyası 23 manata qaldırmışdı.

Avropa.info-nun əməkdaşı şirkətin operator xidməti ilə danışdıqdan sonra məlum olub ki, hər hansısa “endirim” filan olmayıb. Şirkət sadəcə, qiymətləri fantastik səviyyədə qaldırmağını ört basdır etməkdən ötrü “endirim” sözündən istifadə edir.

Qayıdaq qiymət artımına. Öncə də qeyd etdiyimiz kimi, əlbəttə manatın ucuzlaşması, dolların isə bahalaşması halında “KTV- 1”-in də qiymətləri qaldırmağını başa düşmək olardı. Amma, şirkətin ölkənin düşdüyü bu vəziyyətdən istifadə edərək qiymətləri birdən-birə 5 manat qaldırması nəinki anlaşılan deyil, hətta sabotaj qoxusu verir.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın