Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / KTMT baş katibi: “Sərhəddə toqquşmalar Ermənistan üçün təhlükə yaradır”

KTMT baş katibi: “Sərhəddə toqquşmalar Ermənistan üçün təhlükə yaradır”

“Əlbəttə, Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalar bölgəyə və təbii ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır”. 

Yenisabah.az Ermənistan İctimai Televiziyasına istinadla xəbər verir ki, bunu KTMT baş katibi Stanislav Zas avqustun 10-da İrəvanda bir neçə KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu vəziyyət daim KTMT-nin baxış sahəsindədir. “Monitorinqi ilk növbədə Ermənistanın dövlət strukturlarının dəstəyi ilə həyata keçiririk”, – o əlavə edib.

Stanislav Zas son vaxtlar sərhəd qarşıdurmalarının coğrafiyasının genişlənməsindən dərin narahatlığını ifadə edib. O, bunun prosesin başlamasına heç bir töhfə vermədiyini və ümumiyyətlə, Qarabağ probleminin həlli və bölgədə sülhün bərqərar olması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini çətinləşdirdiyini vurğulayıb. 

Zas deyib: “Mövcud vəziyyətdən, problemlərin həll yollarından danışırıqsa, əlbəttə ki, siyasi və diplomatik nizamlanma imkanlarının tükənmədiyinə inanırıq. Bu hər kəs üçün ən yaxşı seçim olardı. Ümid edirik ki, üçtərəfli işçi qrupunun qətnaməsi müsbət təsir göstərməlidir. Həm də bütün tərəflərin fikir ayrılıqlarının siyasi və diplomatik həllinə yönələcəyini gözləyirik”.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …