Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / Siyasət / Kremlin yeni strategiyası: Putin müraciətində nələri deyəcək?

Kremlin yeni strategiyası: Putin müraciətində nələri deyəcək?

“Bu dəfə onun müraciətində aqressiv notlar daha çox olacaq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında ictimai əlaqələr sahəsi üzrə ekspert Arif Əliyev fevralın 21-də Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə edəcəyi müraciəti zamanı hansı sensasion bəyanatlar verə biləcəyi ilə bağlı suala cavabında deyib. Arif Əliyevin fikrincə, Arif Əliyevin fikrincə, Rusiya liderinin çıxışından hansısa bir sensasion fikir gözləmək olmaz:
“Putinin çıxışının nədən ibarət olacağını bilmək əvvəlki illərlə müqayisədə xeyli asandır. Putinin Federal Məclisə müraciəti ilk növbədə təhlükəsizlik, Ukraynadakı əməliyyat və Avropa ilə münasibətlər məsələsilə bağlı olacaq. Təsadüfi deyil ki, onun yeni təhlükəsizlik konsepsiyasını fevralın 21-də reallaşacaq çıxışından əvvəl qəbul ediblər. Burada təhlükəsizliklə bağlı ölkənin köhnə və yeni strategiyası öz əksini tapıb. 

Adətən, Putin öz müraciətini daha çox hisslər üzərində qurur. Yəni, ölkə daxilində qardaşlıq, dostluqdan dəm vurur. Amma fikrimcə, bu dəfə onun çıxışında aqressiv notlar daha çox olacaq. Ümumiyyətlə, həmin çıxışından hansısa bir sensasion fikir gözləmirəm. Çünki Rusiyanın niyyəti bəllidir. Kreml Qərblə qarşıdurma, ərazi iddialarının gerçəkləşdirməsi və Sovet imperiyasının bərpasını arzu edir. Putin dəfələrlə söyləyib ki, sovet rejiminin dağılması ən böyük geopolitik faciə idi. Amma fevralın 21-dəki ənənəvi müraciətində Putinin bununla bağlı gizli arzununu açıq şəkildə ifadə edəcəyini düşünmürəm”. 
Qeyd edək ki, Putin fevralın 21-i Federal Məclisə müraciət edəcək. Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 
Tədbirə həmçinin Ukraynadakı hərbi əməliyyatın iştirakçıları da dəvət olunacaq. Xarici jurnalistlərin akkreditasiyadan keçib-keçməyəcəyi barədə isə hələlik hər hansı bir məlumat yoxdur. 
Əslində Putin keçən ilin dekabrın 27-də Federal Məclisə müraciət etməli idi. Lakin sonradan izah edildi ki, “vəziyyətin dinamik inkişafı” səbəbindən konkret planların açıqlanması çətinlik yaradıb və bu səbəbdən prezidentin müraciəti yubadılır. 

Həmçinin oxuyun

Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı yeni açıqlama

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.Bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel …