Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Kremldən Qarabağla bağlı işçi qrup təklifinə reaksiya

Kremldən Qarabağla bağlı işçi qrup təklifinə reaksiya

Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı həqiqətən Qarabağ mövzusuna toxunublar.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov “əlavə edəcəyim başqa nəsə yoxdur”, – deyə vurğulayıb. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həll edilməsi üçün mümkün olan hər cür səy göstərir.

Xatırladaq ki, “CNN Türk”in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 7-də baş tutmuş telefon danışığı zamanı Dağlıq Qrabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib. Bu formatın ATƏT Minsk Qrupundan kənar fəaliyyət göstərəcəyi bildirilir. Putin təklifi alqışlayıb və artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər.

Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək. Azvision.az

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …