Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / “Kremldə 7 rayonunun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir…”

“Kremldə 7 rayonunun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir…”

Azərbaycanın Qoşulmayanlar Hərəkatına qarşıdakı üç ildə sədrlik etməsi onun KTMT-də müşahidəçi statusu almasına maneə törətmir. Azərbaycan daxili və beynəlxalq problemlərə daha yaxşı reaksiya verə bilmək üçün bu blokda müşahidəçi statusunda təmsil oluna bilər.
Virtualaz.org xəbər verir ki, belə qənaətlə rusiyalı politoloq Yevgeni Mixaylov çıxış edib. Onun bildirdiyinə görə, Rusiya Bakıya KTMT-də müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında “real irəliləyiş” əldə etməyə imkan yarada bilər.
Politoloq iddia edib ki, hazırda Rusiya “Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonun “ Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür.
“Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”,-Mixaylov deyib.

Həmçinin oxuyun

Türkiyə səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş 2783 qardaşımızı rəhmətlə anırıq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin …