Şənbə , İyun 25 2022
Ana səhifə / Siyasət / “Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Kreml Paşinyanı Moskvaya çağırıb qulaqburması verəcək”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanı barışdırmaq üçün səylərini artırıb. O, Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub. Şarl Mişelin bu fəallığı Moskvanın narazlığını artıracaq”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Kreml Brüsseldən sonra Nikol Paşinyanı yenə Moskvaya çağırıb ona qulaqburması verəcək. O da İrəvana geri dönüb qorxusundan yenə prosesi ləngidəcək. Beləcə, Nikol Paşinyan Brüsseldə sülhdən danışacaq, Moskvaya gedib-qayıtdıqdan sonra gözləmə mövqeyinə keçəcək” – E.Şahinoğlu qeyd edib.

Həmçinin oxuyun

Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana getdi

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər. …