Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Kooperasiya Universitetindəki yanğında 9 nəfər zəhərlənib

Kooperasiya Universitetindəki yanğında 9 nəfər zəhərlənib

Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın