Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir

Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir

Azərbaycan Konstitutsiya Məhkəməsinə yeni səlahiyyət verilir.
Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsində öz əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitutsiyasının 130-cu maddəsinin III hissəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitutsiyasına uyğunluğu baxımından Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsini həll edir.
Qanun layihəsi haqqında məlumat verən komitə üzvü Rəfael Cəbraylov deyib ki, qanun lahiyəsinin əsas məqsədi Azərbaycana qarşı ikili standartların hüquqi müstəviyə keçməsinin qarşısını almaqdır: “Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra insan hüquq və azadlıqlarının prioritetliyini özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul etdi. Ancaq bu gün dünyada ikili standartlar hüquq müstəvisinə gəlib çıxır. Buna görə də düşündük ki, Konstitusiya Məhkəməsinə yuxarıda qeyd olunan səlahiyyətin verilməsi zəruridir”.

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …

Bir cavab yazın