Ana səhifə / Siyasət / “Konstitusiya xalqın qarantıdır və bütün dəyişikliklər xalqımıza xidmət edəcəkdir”

“Konstitusiya xalqın qarantıdır və bütün dəyişikliklər xalqımıza xidmət edəcəkdir”

Sentyabrda keçiriləcək referendum dövlətimizin, xalqımızın gələcəyi üçün böyük bir korpü açacaq.Konstitusiyaya təklif olunan dəyişikliklər – Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Bu referedum aktının keçirilməsinə ehtiyac ölkənin öz daxili imkanlarından irəli gələn məsələdir. Referdumda yer tutan təkliflərin hər biri dövlətin və xalqın gələcəyinə hesablanıb. Bu təkliflər hər bir şəxsin qarşısında geniş prespektiv imkanlar açır.

26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcəkdir. Qeyd etmək istəyirəm ki, referendumun keçirilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək qarşılanır və xalq indidən öz müsbət fikirlərini bildirir. Referendumda sesverməyə çıxarılan məsələlər xalqın maraqlarına tam uyğun gələn mütərəqqi dəyişikliklərdir. Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur.

Mən əminəm ki, Azərbaycan xalqı Referendum Aktını dəstəkləyəcək, dəyişikliyi başa düşən hər bir seçici referendumda iştirak edəcək və onun lehinə səs verəcək.

Samirə Qasımova

Hüquqşunas

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın