Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib

24 sentyabr 2017-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib. Bu barədə məlumatı Azinforum.az saytına AKP MK mətbuat xidmətindən veriblər.

Plenumda AKP MK üzvləri ilə yanaşı partiya fəalları, əmək veteranları və komsomolçu gənclər də iştirak etmişdilər.
Tədbirdə Azərbaycan kommunistlərinin qarşısında duran və həlli vacib olan bir sıra məsələlər geniş müzakirə olunub. Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov plenumda geniş və əhatəli məruzə ilə çıxış edib. Məruzə ətrafında AKP MK-nın sədr müavini F. Rəşidov, ASZİ MK-nın sədri A. Şiriyev, AKP Gəncə ŞK-nın birinci katibi Ə.Veysov, AKP MK üzvü Q. Əhmədov, AKP Goranboy RK-nın birinci katibi T. Əsədov, AKP Bakı şəhəri Nizami RK-nın birinci katibi N. Abbasov, AKP Suraxanı RK-nın katibi Ə. Cabbarov və digər yoldaşlar çıxış ediblər.
Daha sonra plenumda cari ilin noyabr ayının 01-dən 07-dək Böyük Oktyabr Sosialist İnqilabının 100 illik yubileyi ilə əlaqədar Moskva və Sankt-Peterburq şəhərlərində keçiriləcək kommunist və fəhlə partiyalarının XIX Beynəlxalq görüşündə və təntənəli yubiley tədbirlərində Azərbaycan Kommunist Partiyası adından iştirak edəcək nümayəndə heyətinin siyahısı təsdiq edilib.
Bununla da AKP MK-nın növbəti plenumu öz işini yekunlaşdırıb.

 

Azinforum.az

 

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …