Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Komitə sədri tənqid etdiyi şirkətin ofisinə getdi

Komitə sədri tənqid etdiyi şirkətin ofisinə getdi

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.

Bu barədə Ə.Həsənov öz Facebook səhifəsində yazıb.

O bildirib ki, R.Aslanlı özünü Mərkəzin əməkdaşına borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri barədə maraqlanıb: “Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Qiymət siyasətimiz haqda da soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim Antikollektor haqda fikrini dəyişib.

Bununla belə, Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirmək istərdim. Təbii, həmin fikirlər tamamilə yanlışdır. Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin iki şərtlə: birincisi, qanun çərçivəsində, ikincisi imkan daxilində”.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın