Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / Komandiri Monte Melkonyan olan Melkumyanın cinayətlərinin DOSYESİ

Komandiri Monte Melkonyan olan Melkumyanın cinayətlərinin DOSYESİ

Yanvarın 7-də baş separatçı Araik Arutyunyan tərəfindən qondarma “artsax respublikası”nın “təhlükəsizlik şurasının katibi” təyin edilən Ararat Melkumyanın dosyesi açıqlanıb. Belə görünür ki, o, Azərbaycan xalqına qarşı sələfi Balasanyandan az cinayətlər törətməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ararat Melkumyan 1992-ci ildə Qırmızı bazar ərazisində “özünümüdafiə dəstəsi” adlandırılan separatçı dəstəyə başçılıq edib.

Onun komandirləri Monte Melkonyan və Movses Akopyan olub. 1994-cü ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə, “2-ci dərəcəli artsax döyüş xaçı ordeni” ilə təltif edilib. Daha sonra o, təhsilini Rusiya Federasiyası Silahlı Qüvvələrinin Moskva Birləşmiş Silahlı Qüvvələri Akademiyasında davam etdirib, növbəti illərdə Qarabağdakı qondarma “müdafiə ordusu”nun ən böyük hərbi hissələrindən birində xidmət edib, “N” saylı hərbi hissənin komandiri olub. Melkumyan 2016-cı ildə 4 günlük Aprel müharibəsində də iştirak edib və Ermənistanın 1-ci dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif edilib.

2018-ci ilin fevralında Ermənistan Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun komandiri təyin edilib. 2019-cu ilin iyulunda isə o, Qarabağda, Xocavənd rayonunda “icra başçısı” təyin edilib.

Maraqlıdır ki, Melkumyan 2020-ci il müharibəsindən sonra “artsax qarşısında xidmətlərinə görə artsax qəhrəmanı” adına layiq görülüb.

Elə ermənilərin açıqladığı bu xronikadan bəlli olur ki, o, Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törədib. Üstəlik, qondarma qurumda “vəzifə” tutması faktı ortada. Bütün bunlar Melkumyanın Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılması üçün kifayət qədər əsaslar yaradır.

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …