Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / “Köhnə qvardiya” toplanır: “91-lər” meydana qayıdır: “Lider lazımdır…”- Sabiq deputat

“Köhnə qvardiya” toplanır: “91-lər” meydana qayıdır: “Lider lazımdır…”- Sabiq deputat

“”Köhnə qvardiya”nın yenidən toplanması çox yaxşı ideyadır”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin keçmiş deputatı, əməkdar jurnalist Rizvan Cəbiyev deyib. 

O bildirib ki, əslində YAP-ın əvvəlki üzvlərinin bir yerə yığışması ideyası var: 

“Hazırda “91-lər” Hərəkatı mövcuddur, bizim onun adını alıb, bu gün sağ qalan “91-lər”in təşkilatını yaratmaq fikrimiz var. Güman edirəm ki, ideyamız bu il həyata keçəcək və ya keçə bilər. Həmin ideyanın hazırda hansı mərhələdə olduğunu bilmirəm, ancaq güman edirəm ki, bunun təşkilatçısı bir az içəridə olanlardır, biz isə təqaüddə olan adamlarıq”. 

R.Cəbiyev əlavə edib ki, “köhnə qvardiya”nın yenidən toplaşması üçün lider lazımdır:

“Bu söhbət olub və baş tutsa, çox gözəl olar. Çünki sağlam ideya ətrafında birləşmək həmişə ölkə, gündəm üçün vacibdir, bunun ziyanı yoxdur. Biz 7-8 nəfər Heydər Əliyevin anım günlərində yığışırıq, onun məzarını ziyarətə gedirik, gül qoyuruq, otururuq, danışırıq. Bundan başqa özəl günlərdə də yığışıb, söhbətləşib, yeyib-içib qayıdırıq”. 

Həmçinin oxuyun

“Azərbaycan bu gün artıq siyasi şahmat taxtasında piyada deyil, eləmi?” –“Əlbəttə!..”

“Cəbhədəki yeni uğurlar münasibəti ilə dövlətimizi, xalqımızı təbrik edirəm. İşğalçı ermənilərin burnunu axıra kimi ovmaq …