Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Siyasət / Köçəryan Rusiyadan açıq-gizli dəstək alaraq çevriliş edib hakimiyyətə gələcək – Natiq Cəfərli

Köçəryan Rusiyadan açıq-gizli dəstək alaraq çevriliş edib hakimiyyətə gələcək – Natiq Cəfərli

“İyunun 20-də Ermənistanda növbədənkənar parlamnet seçkiləridir, bölgəmizin gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri üçün vacib siyasi hadisədir”.

Bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, informasiyaları analiz edərkən seçkidən sonra 3 mümkün ssenari görünür:

1) Seçkilərədə heç bir siyasi partiya, və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığa bilmir. Ermənistan prezidentini səsvermə nəticələrinə görə növbə ilə hökumət formalaşdırmağı ilk 3 yeri tutan siyasi quruma həvalə edir, onlar da koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin edilir,

2) Seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır, təkbaşına iqtidar olmaq üçün kiçik partiyalara ehtiyac duyulur, danışıqlarla bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır,

3) Seçkidən dərhal sonra Köçəryan və dəstəsi həmən küçələrə çıxır, seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışır, Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlir. Daxili hesablaşmalar başlayır, həbslər olur, qarışıqlıq artır.

Gördüyüm qədəri ilə 3-cü ssenari daha realdır, buna hazır olmalıyıq. Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi kafasına qoyub, istənilən halda bunu etmək istəyəcək, məhz ona görə də seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik “möhürünü” Moskvaya deyil, Qərbdə vermək istəyir. Hər bir halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək, həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində ciddi təxribatlar olacaq. Ciddi hazırlaşmalıyıq, ola bilər ki, seçkilər payıza ertələnsə sərhəddə və Xankəndi ətrafında təxribatlara güc strukturlarımızla ciddi cavab vermək məcburiyyəti yaransın. Bu zaman Moskvanın yeri, rolu və iştirakını ciddi sual altına qoya, onların ərazimizdə mövcudiyyətini sorğulaya bilərik…

Həmçinin oxuyun

Üçüncü Qarabağ müharibəsi olacaq? – ŞƏRH

İkinci Qarabağ savaşı bitsə də, Azərbaycan Ordusunun hərbi təlimləri dayanmır. Bu, ordumuzun növbəti lokal müharibəyə, …