Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Kişinyovda Azərbaycan diasporu erməni vəhşiliyinə qarşı aksiya keçirir – CANLI YAYIM

Kişinyovda Azərbaycan diasporu erməni vəhşiliyinə qarşı aksiya keçirir – CANLI YAYIM

Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycan diasporunun təmsilçiləri Moldova Azərbaycan Konqresinin təşkilatçılğı ilə ermənilərin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri faciə ilə bağlı aksiya keçirir.

Kişinyovda mərkəzi Ştefan Çel Mari küçəsində, eyniadlı parkda başlayan yürüş-piket  Ermənistan səfirliyinin qarşısında davam edib. Aksiyaya azərbaycanlılara dəstək olaraq buradakı Türkiyə türkləri və moldovalı QHT təmsilçiləri də qatılıb.

Hazırda Moldovada olan əməkdaşımız,  «Yeni Müsavat»ın redaktoru Elşad Məmmədli aksiya keçirilən yerdən operativ xəbər verir, musavat.com-da facebook üzərindən aksiyanı canlı izləyə bilərsiniz.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın