Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Kişilik şortiklə ölçülmür…” – Şeyxin qardaşı

“Kişilik şortiklə ölçülmür…” – Şeyxin qardaşı

“Kişinin şortik geyinməsində ayıb nə var ki? Hava isti olduğundan gənclər şortik geyinirlər. Bunda qəbahətli heç nə yoxdur”.

Bunu AzVision.az-a QMİ sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik geyinən kişilərlə bağlı fikrini şərh edərkən deyib.

Deputat hesab edir ki, geyim seçmək sərbəstliyi hər bir insanın normal hüququdur.

“Mən Hafiz Hacıyevin fikri ilə razılaşmaram.Burada nə var ki, yaydır, hava istidir, istirahət edən gənclər şortik geyinirlər. Şortik də geyinə bilərlər, şalvar da. Təbii ki, hər şeyin yeri olmalıdır. Belə təkliflər etmək, insanları aqressivləşdirmək lazım deyil. Hərənin öz fikri var. Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür. Ola bilər ki, şalvar geyinsin bir insan, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil”,- deyə C. Paşazadə deyib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar. Partiya sədri hesab edir ki, şortik geyinən kişiləri saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın