Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Kimlər hardan millət vəkilliyinə namizəd olmaq istəyirSORĞU

Kimlər hardan millət vəkilliyinə namizəd olmaq istəyirSORĞU

Bu il ölkədə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə elə də böyük bir vaxt qalmasına baxmayaraq, artiq ictimai-siyasi proseslərin içərisində aktiv olan müəyyən isimlər parlamet seçkilərində iştirak edəcəkləri siqnalını verməkdədirlər. Vətəninfo.az namizəd olmaq istəyənlərin konkret hansı dairələrdən namizəd olmaq arzusunda olduqlarını öyrənmək üçün bəzi isimlərlə əlaqə saxlayaraq “Namizədlər” rublikamızın “Parlamet seçkilərində hansı dairədən namizəd olacaqsınız”-sualını cavablandırılmasına çalışdı. Qeyd edək ki, suala verilən cavab olduğuğu kimi təqdim edəcəyik.

 Sual: Parlamet seçkilərində hansı dairədən namizəd olacaqsınız?
Elşən  Musayev:

Parlament Seçkilərində namizədliyimi 117 SAYLI OĞUZ-QƏBƏLƏ seçki dairəsindən verəcəm.

 

Adil Əliyev:

 

Mən hələ bilmirəm seçkilərdə iştirak edəcəm ya-yox.
Əli Məsimli:

Deputatın əsas vəzifələri qanun yaradıcılığı  prosesində fəal iştirak etmək, öz seçiciləri ilə görüşmək,onları qəbul etmək, onların  problem və müraciətlərini yazılı və şifahi şəkildə aidiyyatı orqamlara çatdırmaq və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni etmək, mətbuatla təmasda olmaq,ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik prizmasından münasibət bildirmək, imkanları daxilində xeyriyyəçilik tədbirlərində iştirak etmək,  beynəlxalq aləmdə Azərbaycanı layiqıncə  təmsil etməkdir.Fikrimizcə, seçkidə iştirak etmək arzusunda olan hər kəs bu konteksdən öz gücünü, bacarığını, ictimai və siyasi potensialını,cəmiyyətin ona münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv  dəyərləndirmklə hərəkət etməlidir. Milli Məclisə seçkilərə 5 aydan az vaxt qalır…Bu müddət ərzində platformamı və sadaladığım istiqamətdə gördüklərimi və bundan sonra da görə bildiklərimi obyektiv dəyərləndirməklə, həm də əlbəttə ilk növbədə  əgər seçicilərin əhvali-ruhiyyəsi  növbəti dəfə də namizədliyimi görməyə köklənəçəksə, onda qismət olsa,növbəti parlament seçkilərinə qatılacam.Mən Milli Məclisdə Şəkini təmsil edirəm.Namizədliyimi yenə də Şəkidən vermək fikrim var. Əsas məqsədimiz  yenə də Azərbaycanı, Parlamenti  və  seçiciləri  layiqincə təmsil etmək olacaqdır. Daha doğrusu mən, Milli Məclisdə Şəkini təmsil edən 3 deputatdan biriyəm.


Rufiz Qonaqov:

Namizədlik və dairə ilə bağlı sualınıza cavab olaraq onu deyə bilərəm ki , bununla bağlı qərarım seçkiyə start verilən ərəfədə müəyyənləşəcək.. Hələlik  isə  bu haqda qərar verilməsinə zamanımız var.


Əkbər Qoşalı:


Əgər namizdəliyimi verəsi olsam, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin daha uyğun olacağını düşünürəm. O dairənin ərazisində məni tanıyan-bilən yetərincə seçici var. Həm də ötən parlament seçkilərində o dairədən namizəliyimin qeydə alınması üçün imza toplaması mərhələsində seçicilərin yaxşı münasibətini görmüşəm. Doğrudur, mən ötən seçkidə, müəyyən səbəblərdən, namizədliyimin qeydə alınmasından imtina etdim, ancaq, o dairədə bu son 5 il ərzində təmasda olduğum, mənim tanıdığım, məni tanıyanların sayının xeyli artdığını düşünürəm.   Bütün hallarda seçkilərdə iştirak edib-etməmək barədə hələ bir qərara varmamışam, o üzdən də, dairə seçimi, əlbəttə, şərti xarakter daşıyır. – Ola bilər, seçki ərəfəsində dəyələndimə aparıb, Bakıda, Tovuzda yaxud başqa bir bölgədə hansısa başqa bir dairəni tərcih edəcəyik. – Yaxın gələcək göstərər, inşallah.
Ramiz Alıyev:

Əvvəla onu deyim ki, İctimai –siyasi arenada və mətbuatda aktiv olmaq  o demək deyilki, Parlamentə keçiriləcək seçkilərdə namizəd olamaq üçündür. Hər birimizin öz fəaliyyət istiqamətimizlə dövlətimizə, dövlətçiliyə, xalqımıza və cənab prezidentin  apardığı uğurlu siaysətə öz töhfəmizi vermək borcumuzdur. Bunu az da olasa edə biliriksə deməli xoşbəxt  vətəndaşlarıq. O ki qaldı sualınıza : mən bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində   namizəd olmağım  barədə düşünməmişəm.  Hazırda isə hər birimizin bir fikrimiz və amalımız var ki, ölkəmizdə baş tutacaq  I Avropa Oyunları yüksək səviyyədə təşkil olunaraq ölkəmizin nüfuzunu daha da güclənməsinə səbəb olsun. Bunun üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib  dövlətimizin və cənab prezidentimizin yanında olmalıdır.
Taleh Şahsuvarlı:

Növbəti parlament seçkilərində iştirak etməyi ciddi şəkildə düşünürəm.Ancaq bu barədə son qərarımı Birinci Avropa Oyunlarından sonra verəcəm. Hazırda Avropa Oyunları çox ciddi bir gündəm yaradıb və gündəmin belə zəngin olduğu zamanda bu istiqamətdə çalışmağa vaxtımız olmur. Əgər seçkilərdə iştiraka qərar verərəmsə, ağsaqqallarımla, xatirimi istəyən dostlarla, o cümlədən seçki kampaniyasının təşkilinə maddi yardım edəcək yaxın iş adamları ilə məsləhətləşəcəm. Bu məsləhətləşmələr əsasında dairə də müəyyən ediləcək. Hazırda düşünürəm ki, mənim yüksək səviyyədə kampaniya apara biləcəyim iki dairə var: Biri, Laçın seçki dairəsidir. Hansı ki, bu barədə  mən daha öncə də fikir bildirmişəm. İkincisi isə, sirr qalsın. Onu da deyim ki, ötən seçkilərdə 94 saylı Bərdə seçki dairəsindən namizəd olmuşam. O zaman mandat uğrunda Gövhər Baxşəliyeva ilə mübarizə aparmışam. Mənim müşahidələrimə görə, Gövhər xanım yenidən namizəd olacaq. Əgər eyni dairədən namizəd olarsa, onun adaylığını müdafiə edəcəm.

 

Rauf Arifoğlu:

Parlament seçkilərində iştirak etməklə bağlı qəti qərarım yoxdur. Lakin qərar olsa, 2-3 dairə var ki, mənə rahat və doğmadır. Onlar 34 saylı Xətai ikinci,  106 SAYLI TOVUZ-QAZAX-AĞSTAFA SEÇKİ dairəsi, bir də 25 SAYLI NİZAMİ İKİNCİ SEÇKİ dairələridir. Namizədliyimi versəm, bu dairələrdən birini seçəcəm.

Azər Həsrət:

Hələ ki, iştirakımla bağlı qəti qərarım yoxdur. Bununla belə iştirak edəcəyim təqdirdə Xaçmazdakı 55 və ya 56 saylı seçki dairələrindən birini, digər variant kimi 34 saylı Xətai 2-ci seçki dairəsini seçə bilərəm.

 

İlqar Altay:

2000-ci ildən bəri parlament seçkilərinə 5-6 dəfə namizədliyimi irəli sürmüşəm. Hesab edirəm ki, namizədlik üzrə kifayət qədər cəhdlər etmişəm. Hər bir cəhdin isə, uğuru nə qədər ruhverici olursa, uğursuzluğu daha çox bədbinlik yaradır. Ona görə də bundan sonra öz imkanlarımı və şəraiti, şansımı və hansı dairənin daha uyğun olması barədə əvvəlcədən mükəmməl ölçüb-biçib sonra qərar vermək fikrindəyəm. Bunun üçün də tələsməmək və ətraflı düşünmək lazımdır.
Firudin Cəlilov:

Seçkidə iştirak edib-etməmək haqqında hələlik düşünmürəm. Əgər seçkiyə qatılası olsam, bu dəfə mən dairəni seçməyəcəyəm, hansı dairə məni isyəsə oradan aday olacağam.

Razi Nurullayev:

Doğrusu, hələ müəyyən etməmişəm.

Elişad Paşasoy:

Dediyiniz kimi, Hələ konkret qərar vermək üçün zaman var. Amma dostlarla məsləhətləşmələrdən, imkanları müəyyənləşdirəndən sonra son qərarımı verəcəyəm. Əgər namizədliyimi versəm, 2010-cu ildəki kimi, 72 sayli Yardımlı-Masallı seçki dairəsini seçəçəyəm.

 

Əli Orucov:

AMİP-in parlament seçkilərində iştirak formatı, seçköncəsi hər hansı bir fövqəladə vəziyyətlər baş verməsə təxmini aydındr. Partiya bu seçkilərdə təkbaşına iştirak edəcək. Parlament seçkilərində namizədliyə iddialı olan şəxslər də partiyadaxili müzakirələrdən sonra qətiləşəcək. Son parlament seçkilərində AMİP tərəfindən namizədliyim 9 saylı  Binəqədi 2-ci seçki dairəsindən irəli sürülmüşdü. Bu dairəni mən daha yaxın, daha şanslı olacaq dairə hesab edirəm. Ona görə də əgər parlament seçkilərinə qatılmaq istəsəm yəqin yenə həmin dairəyə üstünlük verəcəm. Amma təbii ki,  son qərar partiyanın olacaq.

Həmçinin oxuyun

Orduya yardım adı ilə yığdığı 300 min dolları götürüb aradan çıxdı…

Ermənistana daha bir zərbə də öz vətəndaşlarından birinin əli ilə dəyib.Belə ki, erməni mətbuatının yazdığına …

Bir cavab yazın