Şənbə , İyul 24 2021
Ana səhifə / Siyasət / “Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil” — Səməd Seyidov

“Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil” — Səməd Seyidov

“Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyr, bu doğru deyil.”

Bunu Manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:

” Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib.”

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov  “EFES Elçin” kimi tanınan  iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı  ilə nikaha daxil olub.  Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.

Həmçinin oxuyun

Prezident Vilayət Quliyevlə bağlı sərəncam imzaladı

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. …