Şənbə , İyun 25 2022
Ana səhifə / Siyasət / “Kimin gücü, kişiliyi çatırsa, gəlib desin ki, mən o bağ evini alıram”

“Kimin gücü, kişiliyi çatırsa, gəlib desin ki, mən o bağ evini alıram”

“Heç kəs o bağ evini ala bilməz. Kimin gücü, kişiliyi çatırsa, gəlib desin ki, mən o bağ evini alıram. Nə qədər ki, mən sağam belə şey mümkün deyil. Elə bir adam ortaya çıxsa, sevinərəm”.

Bunu keçmiş deputat Hacı Qalib Salahzadə mətbuatda Bilgəhdə ona məxsus bağ evinin Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu tərəfindən iş adamına satılmasına münasibət bildirərkən qeyd edib.

Q.Salahzadə bildirib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədləri var.

“Mənim o torpaq sahəsində mülklərim, evlərim var. Mən və qohumlarım orada qeydiyyatdayıq. Mən həmin torpaq sahəsilə bağlı Rəsul Quliyevin qardaşı oğlu Xəyal Quliyevlə görüşmüşəm. Çox hörmətli bir hacının vasitəsilə Xəyalla görüşdüm. Yanıma gəlmişdi. Bağ evinin Rusiya səfirliyinə məxsus torpaq sahəsi tərəfdən olan giriş qapısının açarları Xəyalda idi. Dedi ki, əmisi Rəsul Quliyev bu açarları mənə göndərib ki, Bakıya gələndə onunla şəxsən söhbət edib problemi yoluna qoyarıq. Buzovnalı Hacı Nasir vasitəsilə Telman Quliyevlə əlaqə saxladım. Məlum oldu ki, Telmanın oğlanları Etibar və Bayramı vaxtından qabaq həbsdən azad etmək üçün bağı kimlərəsə hədiyyə söz veriblər. Ona görə də bağ ərazisinə saxta sənəd düzəltdiriblər. Amma sənəd düzəltdirəndə bir məqam gözlərindən qaçıb. Mən 2009-cu ildən orada qeydiyyatdayam. Ailə üzvlərim də bağdakı ayrı-ayrı evlərə qeydiyyatdadır. Bunlar torpaqları alqı-satqı yolu ilə bələdiyyədən alıblar. Mənim iki dayım və iki xalamın əllərində bələdiyyə sənədləri var. Sənədə əsasən Rəsul Qulıyevin iddia etdiyi torpaqlar Bakı şəhəri Bağlar İdarəsinə məxsusdur. Mənim bağım isə Abşeron rayonuna məxsusdur. Mənim əlimdə xəritələr var. Sabunçu rayon Məhkəməsinin sədri İlqar Abbasovla mənim söhbətim olub. O, mənə bu işin sifarişçilərinin adlarını dedi. İndi sadalamaq istəmirəm. Hər şeyin məqamı var. İndi Ağasif Şakiroğlunu salıblar qabağa. Kimdir, Ağasif? O bağ evini sata bilməz və heç kəs də ala bilməz”.

Teleqraf.com

Həmçinin oxuyun

Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana getdi

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər. …