Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Kimdə bu sovet qəpiyi varsa: 3000 dollar qazana bilər

Kimdə bu sovet qəpiyi varsa: 3000 dollar qazana bilər

Numizmatika (sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən elm) təkcə maraqlı məşğuliyyət deyil, həm də əlavə gəlir mənbəyidir.

Son illər qədim pulların, hətta sovet qəpiklərinin olduqca baha qiymətə satılması barədə məlumatlar dolaşır. Hətta bəzi elanlarda da bu barədə yazılır. Təbii ki, kolleksiyaçılar illər boyu yığdıqları monetləri əllərindən vermək istəmirlər, ancaq bəziləri artan qiymətlər müqabilində bir neçə qəpiyi satmaqdan imtina etmir. Bəs görəsən hansı sovet qəpikləri daha bahalıdır?

Cebhe.info SSRİ-nin ən bahalı qəpiklərini siyahısını təqdim edir. Məhz bu monetlər bazarda sahibinə əlavə dollarlar qazandıra bilər.

5. 1925-ci ilin qəpikləri. 1925-ci il istehsalı olan bu qəpiklər indi demək olar ki, yoxdur. Buna görə də həmin qəpiklər olduqca baha alınır. Məsələn, həmin il istehsal olunan 2 qəpiklik Rusiyada 900 dollara alıcı tapır. Amma əgər həmin ildə buraxılan 1 qəpiklik tapılarsa, ona görə 1500 dollar verənlər də tapılar. Bu ilin istehsalı olan 2 qəpiklik 1922-ci ilin istehsalı olan gümüş puldan daha bahalıdır.

4. 1927-ci ilin qəpikləri. Xüsusilə 2 qəpiklik daha bahadır. Onlar alüminium və bürüncdən hazırlanıb.Bir müddət əvvəl həmin qəpiklər 5 min dollara satılıb. Bu qiymət çoxlarını axtarışa ruhlandırdı və qiymət 600 dollara düşdü. İndi 3 və 5 qəpiklik 150 dollardan baha deyil.

3. 1931-ci ilin gümüş qəpikləri. Həmin il 10, 15 və 20 qəpikliklər 500 əyar gümüşdən hazırlanırdı. İndi bu monetlərin qiyməti 900 dollardan 1200 dollara qədər dəyişir. Ancaq bazarda bu qəpiklərin saxtası da peyda olmağa başlayıb. Saxtaları tərkibindəki nikellə fərqləndirmək olur.

2. 1958-ci ilin qəpikləri. Həmin ilin buraxılışı olan 1, 2, 5, 15, 50 qəpiyin qiyməti 600 dollardan başlayır. 3 və 2 qəpiklik daha ucuz alınır. Bu qəpiklər arasında xüsusilə alüminiumdan hazırlanan 5 qəpiklik daha bahadır. Onu ən ucuzu 1000 dollara da ala bilərlər.

1. 1947-ci ilin qəpikləri. Nominalından asılı olmayaraq 1947-ci il monetləri daha bahalı hesab olunur. Onların start qiyməti 700 dollardan başlayır və 3 min dollara qədər yüksələ bilir.

1947-ci il qəpiklərin bürüncdən hazırlandığı son il olub. Bu pulların üstündə yaşıl örtük görsəniz, bu onun daha da qiymətli olması deməkdir. Bürünc məmulatların üzərində illər keçdikcə belə bir örtük əmələ gəlir.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın