Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / “Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır…“ – Deputat

“Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır…“ – Deputat

Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir.

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında adıçəkilən komitənin sədr müavini Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, bu istiqamətdə sovet dövründə məlumatların az daxil olmasının səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır.

“Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır. Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır”-deyə, o, əlavə edib.

Sonra “İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Statistika Komitəsinin işi aprel, may və iyun aylarının da proqnozlaşdırılmasına kömək edəcək”-deyən Ə. Məsimli bildirib ki, neftin qiymətini proqnozlaşdıran zaman adətən xarici şokları nəzərə almaqda çətinlik çəkilir:

“2020-ci ilin ikinci yarısı üçün proqnozların yeniləşdirilməsi növbəti 2021-ci ilin büdcəsinin formalaşdırılmasına təkan verəcək. Dünya yeni bir böhrana doğru gedir. Ona görə də neftdən Azərbaycana 15-20 mlrd. dollar vəsait daxil olurdusa, indiki qiymətlərlə bizə neftdən daxil olan gəlirlər 5 mlrd. dollardan bir az artıq olacaq. Büdcə iqtisadiyyatın güzgüsüdür. Postpandemiya dövrü tələb edir ki, biz əlavə vəsaitlər tapmaqla neftdən Neft Fonduna gələn gəlirləri başqa istiqamətdə büdcəyə cəlb edə bilək. İndi Azərbaycan idarəetmənin yeni mərhələsindədir. Bu, eyni zamanda büdcəyə və büdcəyə aid olan qurumlara da şamil olunmalıdır. Milli Məclis və Maliyyə Nazirliyinin payızda və ilin ortasında keçirilən görüşləri azdır. Yeni dövrün tələblərinə cavab verən istiqamətdə işlərimizi korrektə etməliyik. Hansısa formalarda dinləmələrin keçirilməsini təşkil etməliyik. Neft Fondundan büdcəyə gələn vəsaitlərin kənd təsərrüfatından gələn gəlirlərlə əvəzlənməsi mümkündür”.     /Etikxeber.az

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …