Yaxın günlərdə siyasi partiyaların yenidən qeydiyyat məsələsinə baxılacaq.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, partiyalar “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq sənədlərini 4-5 iyula qədər Ədliyyə Nazirliyinə təqdim edəcəklər. Bu barədə partiyalara xəbərdarlıq edildiyi bildirilir.
Xatırladaq ki, partiyaların yeni qanuna uyğunlaşması üçün onlara 10 iyula kimi vaxt verilmişdi.