Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / “Keşlə qəsəbəsi də Nyu-Cersi ştatını ABŞ-ın yox, Kubanın tərkib hissəsi kimi tanıyır…”

“Keşlə qəsəbəsi də Nyu-Cersi ştatını ABŞ-ın yox, Kubanın tərkib hissəsi kimi tanıyır…”

44 günlük savaşda erməni silahlı qüvvələrinin biabırçı məğlubiyyətinə, dünyanın aparıcı beynəlxalq təşkilatları və dövlətlərinin, hətta Azərbaycan torpaqlarında erməni məsələsinin əsasını qoyan Rusiyanın da  keçmiş Dağlıq Qarabağ ərazisini Azərbaycanın tərkib hissəsi kimi tanıdığını açıq bəyan etməsinə,  eləcə də son aylarda acınacaqlı ağır durumlarına rəğmən  Qarabağdakı separatçı-terrorçu rejim hələ də “beynəlxalq tanınma”dan-filandan dəm vurur. Və sanki dünyadakı müəyyən qüvvələr də öz çirkin məqsədləri üçün onlara dəstək verməyə girişirlər. Məsələn, bu günlərdə fəxrlə xəbərlər tirajlayırlar ki, bəs ABŞ-ın artıq 10-cu ştatı – Nyu-Cersi ştatı da qondarma “Artsax”ın “müstəqilliyi”ni  “tanıdı”… 

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında  məsələni bir az da yumor hissi ilə şərh edib:  “Biz anlamalıyıq ki,  bitirməkdə olduğumuz qondarma Qarabağ münaqişəsi bir sıra beynəlxalq oyunçular tərəfindən bizə və Ermənistana bir təsir və təzyiq vasitəsi kimi əvvəl də istifadə olunmağa çalışılıb, indi də bu cəhdlər davam edir… Odur ki, həmin prosesi davam etdirmək üçün ən azı hansısa  görüntü yaradılmalıdır.  Ona görə də Rusiya hərbi kontingenti Qarabağda hansısa təmir  və yardım işləri aparır, onların uşaqlarına tarix, mədəniyyət dərsləri keçir və s.  Amma biz aydın görürük ki, bütün bunlar ötəridir, çünki iqtisadi əsasları yoxdur. Qarabağdakı adi bir ermənini götürək, o düşünür ki,  mənim övladım burada sabah hansı gələcəyi əldə edəcək, necə təhsil alacaq, necə dolanacaq. Odur ki, deyir, sizin müharibəniz də, torpağınız da başınıza dəysin, yaxşısı budur, çıxıb gedib haradasa özümə və övladlarıma normal həyat qurum… Və belə bir vəziyyətdə Rusiya hərbi baxımdam birbaşa Qarabağda ola-ola ciddi bir iş görə bilmədiyi halda Qərbdəki ABŞ-dakı müəyyən qüvvələr də guya siyasi gedişlərlə Qarabağdakı erməniləri təsir altında saxlamağa cəhd edirlər. Odur ki, hansısa ştatların qondarma “Artsaxı”  “tanıtma” mexanizmini işə salıblar. İndi guya ki, Nyu-Cersi ştatı Qarabağın “müstəqilliyi”ni tanıyıb. Onsuz da bu “tanıma”nın heç bir  siyasi və hüquqi əsası yoxdur. Bu, ona bənzəyir ki, Azərbaycanın, məsələn, Keşlə qəsəbəsi  Nyu-Cersi ştatını ABŞ-ın yox, Kubanın tərkib hissəsi kimi tanıyır…”

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …