Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Keçmiş səfir Arif Məmmədov İlham Əliyevə müraciət edib

Keçmiş səfir Arif Məmmədov İlham Əliyevə müraciət edib

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri, sabiq səfir Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

Azinforum.az bildirir ki, A.Məmmədov bu barədə öz facebook səhifəsində yazıb.

Keçmiş səfir məktubunda qeyd edib ki, ölkə rəhbərliyinə qarşı gizli siyasi qəsd planı hazırlanması barədə yazılanlar dövlət başçısının ətrafındakı müəyyən şəxslər tərəfindən maliyyələşdirilib.

Keçmiş səfir daha sonar yazıb: “Bir vaxt Sizə yazdığım məktubda bildirmişdim ki, PA-da müəyyən çevrə özlərinin faydasız gərəkliliyinə bəraət qazandırmaq üçün Qərbin, Avropa Şurasının, Avropa Birliyinin, bu dəfə isə səfirlərin güya qəsd hazırladığını uydururlar…

Cənab Prezident, bu adamlar Sizin imicinizə zərbə vurur və qəsdən dünyada ölkənin neqativ imicini formalaşdırırlar. Siz bu adamları çox gözəl tanıyırsınız. Onlar komandanızın sonuncu ən yaxşı kadrlarına hücum edirlər.

Bu gün onlar hədəf kimi xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını seçiblər. Təcili addımlar atmasanız, onlar dayanmayacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın