Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / Keçmiş nazir oğlunun toqquşmalara səbəb olan hotelinin yerində yeni binalar tikildi – FOTOLAR

Keçmiş nazir oğlunun toqquşmalara səbəb olan hotelinin yerində yeni binalar tikildi – FOTOLAR

İsmayıllı hadisələrinə səbəb olan nazir oğlunun obyektinin yerində yaşayış binaları tikilib. Binaların yaxın günlərdə istifadəyə verilməsi gözlənilir. 
Musavat.com xəbər verir ki, 2013-cü ildə o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun səbəbkarı olduğu İsmayıllı hadisələrinin qığılcım aldığı “Çıraq” hotelinin binasının yerində yeni yaşayış binaları tikilib.
Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, binaların nə zaman istifadəyə veriləcəyi, hansı məqsədlə tikildiyini öyrənməyə çalışdıq. Lakin bir neçə gün cəhd etsək də, zənglərimizə cavab verən olmadı.
Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə, tam təmir olunan binalar yaxın günlərdə istifadəyə veriləcək. Həmin binalar satış məqsədi ilə tikilib.
Xatırladaq ki, İsmayıllıda baş verən etirazlara səbəb Vüqar Ələkbərovun İsmayıllı sakinlərini təhqir etməsi olmuşdu. Hadisə baş verən vaxt V.Ələkbərovun əmisi Nizami Ələkbərov da rayonun icra başçısı idi. Nazir oğlu “Hummer” markalı maşınla rayonda qəza törətmiş, üzr istəmək əvəzinə maşından enərək, hadisə yerinə toplaşan insanları söymüş, sonra isə İsmayıllı sakinlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdi.
Bundan qəzəblənən kütlə nazir oğlunu döymüş, avtomobilini yandırmışdı. Xəbər İsmayıllıya yayıldıqdan sonra kütləvi aksiyada 5 minə yaxın insan iştirak etmişdi. Yüzlərlə İsmayıllı sakini həbs edilmişdi. Etirazçılar Ələkbərovlar klanına məxsus “Çıraq” hotelinə və bahalı maşınlara od vurmuşdular.
Hadisələrin nəticəsi olaraq, həmin ilin sonunda Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırılmışdı. Onun icra başçısı olan qardaşı da işdən çıxarılmışdı.
Bu hadisə Füzuli Ələkbərovun öz vəzifəsini itirməsinə səbəb olduğu kimi, onun şəxsi biznesinə də zərbə vurdu. Keçmiş nazirin bir neçə şirkətinin fəaliyyətinə məhdudiyyətlər qoyuldu. Bir neçə gün əvvəl isə F.Ələbərov Cüdo Federsiyasının prezidenti vəzifəsindən çıxarıldı.
Qeyd edək ki, İsmayıllı hadisələri baş verən zaman bu rayona gedənlər arasında Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da olmuşdu. Aksiyadan sonra hər iki siyasətçi həbs olundu. Hazırda onlar məhbəs həyatı yaşayırlar.



Həmçinin oxuyun

“Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm” – Polad Bülbüloğlu

Azərbaycanın Rusiyadakı  fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi  ittihamlara cavab …

Bir cavab yazın