Ana səhifə / Siyasət / Keçmiş MTN-nin səhiyyə sistemindəki təzahürü… – Sanitariya-Karantin Müfəttişliyinin rəisinin başı dərddə

Keçmiş MTN-nin səhiyyə sistemindəki təzahürü… – Sanitariya-Karantin Müfəttişliyinin rəisinin başı dərddə

Akif Çovdarovun həbsi onun Səhiyyə nazirliyindəki adamı olan Sara Həsənovanı bitirə bilər.

Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova ciddi təftiş içindədir. Səhiyyə Nazirliyi sistemində hazırda həbsdə olan nazir Əli İnsanovun kadrı kimi tanınan Həsənova rəhbərlik etdiyi qurumda aparılacaq yoxlamanın onun üçün yolun sonu olacağından əmindir. Çünki bütün fəaliyyəti boyu ciddi korrupsiya və qanunsuzluq faktları ilə yadda qalan Sara Həsənovanın hər zamankı himayədarı keçmiş MTN generalı Akif Çovdarovun özü hazırda həbsdədir.

Bu barədə saytımıza məlumat verən məlumatlı mənbə deyir ki, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışarkən rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edən Həsənova bundan imtina edənləri vahiməli general Akif Çovdarovun adı ilə təhdid edirmiş. Çovdarovla Həsənovanın əməkdaşlığı keçmiş generalın onun yaxın qohumlarına MTN-də yüksək vəzifə verəcək qədər yaxın olub.

Sara Həsənovanın Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi kimi yüksək vəzifəyə təyinatı da məhz keçmiş MTN generalının dəstəyi ilə baş tutub. Respublikaya idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları kimi böyük bir sahəyə nəzarət edən xanım rəisin rüşvət korrupsiyadan böyük miqdarda gəlir əldə etdiyi söylənilir. Onun övladının Avropanın ən bahalı universitetlərindən birində təhsil aldığı, bir neçə villasının və avtomobilinin olduğu söylənilir.

Lakin, görünür keçmiş MTN generalı Akif Çovdarovun həbsi Səhiyyə nazirinin müavini Nigar Əliyevanın yerində gözü olan Sara Həsənovanın bütün planlarını alt-üst etdi. İndi Həsənovanı sadəcə olaraq azadlıqda olmaq qayğılandırır…

***

Xatırladq ki, zaman-zaman Səhiyyə Nazirliyi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olur.

Təqdim olunan video dünən “Semaşko” xəstəxanasının qarşısında, vətəndaşın maşınının kamerası ilə çəkilib.

“Ölümcül olmasına baxmayaraq pulu olmadığı üçün xəstəni içəri almadılar. Cibində pulu olmadığı üçün onu adam yerinə qoymadılar. Mühafizəçi dedi ki, bomjdur, həkimlər isə heç üzünə də baxmadılar”, – videonun müəllifi deyir.

Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrinin təmiri və tikintisi ilə bağlı sifarişlərini bir qayda olaraq, “Turqay” MMC həyata keçirir. Bu, Qaynar.info-nun Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığı araşdırmadan sonra məlum olub.

Saytın keçirilən tenderlərin reyestri ilə bağlı bölümündəki məlumatlardan belə məlum olur ki, 2015-ci ildə təkcə Səhiyyə Nazirliyinin sifarişi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınmasına görə sözügedən şirkətə 11 milyon 120 min manat vəsait ödənilib.

Bundan başqa, Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işlərinin satın alınması da ötən il adıçəkilən şirkətə həvalə olunub və bunun üçün “Turqay” MMC-yə 297 650,87 manat ödənilib.

Əvvəlki illərdə də bu şirkət Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin kifayət qədər yüksək büdcəli sifarişlərinin icrası ilə məşğul olub. Məsələn, iki il əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri məhz “Turqay” MMC-yə həvalə olunub və həmin vaxt bu məqsədlə adıçəkilən şirkətə 5 milyon manat ayrılıb.

Eyni ildə Respublika Talassemya Mərkəzinin təmir işlərinin satın alınması (294 245 manat) və Bakı şəhər 1 saylı Klinik Tibbi Mərkəzdə təmir işlərinin satın alınması da (59 745) də məhz “Turqay” MMC-yə həvalə olunub.

Bundan başqa, 2013-cü ildə istifadəyə verilən Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə də «Turqay» MMC ilə bağlanılıb.

Maraqlıdır ki, hansı səbəbdənsə səhiyyə nazirinin dərin rəğbət və böyük etimadını qazanmış həmin şirkətlə bağlı ötən illər ərtzində KİV-də heç də ürəkaçan məlumatlar yayılmayıb. Bunlardan ikisi xüsusilə heyrət doğurur. Belə ki, 10 il öncə – 2005-ci ilin dekabrında rəsmi dövlət agentliyi AzərTAc Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şəbəsinə istinadən belə bir məlumat yayıb: “Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı daha 43 cinayət işi başlanmışdır”. Bunun ardınca həmin şirkətlərin adları və vergidən yayındırdıqları məbləğlər açıqlanıb. Onların arasında “Turqay” MMC-nin də adı var. Şirkətin dövlət büdcəsinə ödəməkdən yayındırdığı məbləğ isə tükləri biz-biz edir: 4 milyard 797,7 milyon manat!

İki il öncə mətbuatda bu şirkətlə bağlı yer alan məlumatda isə iddia edilir ki, onun rəhbəri Abbasov Tamerlan Yahya oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli biliinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Həmin iddia sonradan təkzib edilməyib.

O da qəribədir ki, kifayət qədər böyük məbləğlərlə ifadə olunan dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. İndiki dövrdə isə bu, anlaşılan və qəbuledilən deyil, müəyyən suallar yaradır.

İndi maraq doğuran Oqtay Şirəliyevin nazirliyinin kifayət qədər şübhəli imicə malik bir şirkətə dövlətin milyonlarla manatını hələ də niyə etibar etməsidir?! (bastainfo.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın