Ana səhifə / Siyasət / Keçmiş MTN generalının “Çoban” restoranı bələdiyyə torpağında tikilib…

Keçmiş MTN generalının “Çoban” restoranı bələdiyyə torpağında tikilib…

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin  daha bir biznes obyektinin üzə çıxdığı iddia olunur.
İddialara görə, MTN-nin sabiq baş istintaqçısı Xaçmaz – Xudat yolunun 20 kilometrliyində meşə sahəsini qanunsuz olaraq  zəbt edərək, orada restoran tikdirib. “Çoban” adlandırılan restoranı Mövlan Şıxəliyev qoruq sahəsi olan 3 hektar ərazidə “yaşıl soyqrım” həyata keçirərək, inşa etdirib.
Moderator.az yayılan xəbərin izi il araşdırma apararaq bəzi məlumatlar əldə edə bilib.
Apardığımız araşdırma zamanı məlum oldu ki, “Çoban” restoranı yerləşdiyi ərazi bələdiyyə torpağıdır. Bələdiyyə torpaqlarının istifadəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir formada tənzimləmir. Öyrəndik ki, əksinə, bələdiyyədə qalan 60 000 hektar meşə ilə örtülü torpaqlar vaxtilə sovxoz və kolxozun istifadəsinə verilmişdi, indi həmin torpaqların meşə fonduna, meşə fondunda olan açıq sahələrin isə kənd təsərrüfatının istifadəsinə verilməsi sahəsində iş gedir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın