Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Keçmiş MTN-çi: “Bu “agent oyunu” Samir Şərifova qarşı qarayaxmadır”

Keçmiş MTN-çi: “Bu “agent oyunu” Samir Şərifova qarşı qarayaxmadır”

Mətbuat səhifələrində və sosial şəbəkələrdə Azərbaycanın maliyyə naziri Samir Şərifovun 3 ölkənin agenti olması ilə bağlı iddialar ətrafında geniş müzakirələr açılıb.

Amerikaya sığınan sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsin açıqlamasına görə, cənab Şərifov eyni vaxtda Rusiya, ABŞ və Türkiyə xüsusi xidmətlərinə işləyir.

Hazırda ABŞ-da maliyyə analitiki qismində çalışan Yuri Şvetsin Ukraynanın “Qordon” nəşrinə bu barədə sensasion açıqlamalar verməsi Azərbaycanda ciddi rezonans yaradıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı İlham İsmayıl Modern.az saytına açıqlamasında deyib ki, məxfi məsələlərin üzə çıxması qeyri-mümkündür. Onun sözlərinə görə, ortada maliyyə naziri ilə əks mövqedə dayananlar var.

“Bəzi adamlar kənar mənbələrə əsaslanıb deyirlər ki, 3 ölkənin agentidir. 3, bəzən də 4 ölkənin agenti olmaq mümkündür. Maraqlıdır, onun bu 3 ölkənin agenti olmasını kim öyrəndi?  Bu, açıq olan məsələ deyil. Çünki ABŞ, Türkiyə kimi dövlətlərdən, keçmiş DTK kimi bir  sistemdən kim açıqlayıb deyər ki, bu, bizim agentdir. Kim bu cür məxfi baryerləri aşıb?

Hesab edirəm ki, bu, siyasi mübarizədə Samir Şərifova rəqib olan adamların iddiasıdır. Sabah nə Amerika, nə Türkiyə, nə də “KQB” deyəcək ki, o, bizim agentimizdir. Və ya olub, olmayıb. Belə bir şey mümkün deyil. Həmin adamlar bunu sübut belə, edə bilməzlər. Hesab edirəm ki, bu daha çox qarayaxma kampaniyasıdır”.

İlham İsmayıl bildirib ki, nazirlə bağlı belə iddiaların ortaya atılmasında məqsəd açıq özünü göstərir.

“Maliyyə naziri Samir Şərifovun 3 ölkənin agenti olması xəbəri şişirdilmiş formadadır. O mənada ki, bu gün Azərbaycanda baş nazirlik uğrunda faktiki olaraq əl altından mübarizə gedir. Namizədlərdən biri kimi maliyyə naziri Samir Şərifovun adı çəkilir. Ona görə də bu, Samir Şərifovun rəqibləri, əks mövqedə dayananların ortaya atdıqları oyundur”.

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın