Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Keçmiş icra başçısının həbsdəki qızı Ali Məhkəməyə şikayət verdi

Keçmiş icra başçısının həbsdəki qızı Ali Məhkəməyə şikayət verdi

Dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, N.Abdullayevanın kassasiya şikayətinə yanvarın 12-də hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bu il sentyabrın 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan N.Abdullayeva apellyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Apelyasiya şikayətinə baxılmasından narazı qalan N.Abdullayeva Bakı Apelyasiya Məhkəməsinin ilkin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın