Çərşənbə , Mart 22 2023
Ana səhifə / Siyasət / Keçmiş həmsədrlərin niyyəti nədir? – Zülfüqarov

Keçmiş həmsədrlərin niyyəti nədir? – Zülfüqarov

“Tənbəllik etməyən kim varsa, “ABŞ Dövlət Departamentinin məxfi sənədləri”ni təhlil edir…”

Bunu “Facebook” hesabında keçmiş xarici işlər naziri Tofiq zülfüqarov yazıb.

O əlavə edib: “Bununla bağlı mən, nazir müavini və Prezidentin xüsusi nümayəndəsi, sonra da nazir vəzifəsində olmuş şəxs, demək istərdim ki, Minsk qrupu həmsədrlərinin mövqelərinin birliyi ilə bağlı əsas tezis yalandır.

Buna sübut R.Köçəryanın Ter-Petrosyana qarşı hərbi çevrilişini Rusiyanın dəstəyi ilə həyata keçirməsidir. Əgər belədirsə, ABŞ, Fransa və Rusiyanın mövqe birliyi haradadır?

Odur ki, “Azadlıq Radiosu”nun erməni redaksiyasının dərc etdiyi Dövlət Departamentinin sənədlərin, yumşaq desək, ciddi “düzəlişlərə” məruz qaldığı göz qabağındadır.

Beləliklə, sual yaranır: məqsəd nədir?

Düşünürəm ki, keçmiş həmsədrlər öz aralarında razılığa gələrək gələcəkdə bu sahədə əməkdaşlığın bərpasının mümkünlüyü barədə ictimaiyyət arasında fikir yaratmaq istəyirlər…”

Həmçinin oxuyun

Ekofəalların aksiyası 100 gündür davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə …