Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / Keçmiş baş nazir azərbaycanlılarla müharibədən danışdı: “Arvadımızı…”

Keçmiş baş nazir azərbaycanlılarla müharibədən danışdı: “Arvadımızı…”

Ermənistanın sabiq baş naziri Vazgen Manukyan rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə apardığı danışıqların əleyhinə çıxaraq, onu dərhal dayandırmağı tələb edib.

“Hraparak” xəbər verir ki, V.Manukyan bu danışıqları erməni xalqı üçün “zəiflik, axmaqlıq və alçaldıcılıq” adlandırıb.

V.Manukyan erməni xalqını hərəkətə gətirmək üçün sərsəm fikirlər səsləndirib.

“Deyirlər ki, razı olmasaq, Azərbaycan yenə müharibəyə başlayacaq. Qoy cəsarət etsinlər. Qoyun kimi başımızı qurbangaha əyməkdənsə, arvadımızı, övladlarımızı, gələcəyimizi, namusumuzu döyüşərək qorumağımız daha düzgün deyilmi?”, – deyən sabiq baş nazir erməniləri müharibədən qorxmamağa çağırıb.

“Gücə qarşı güc, əzmkarlığa qarşı əzm, orduya qarşı ordu”, – deyə Vazgen Manukyan daha sonra bildirib.

Qeyd edək ki, 76 yaşlı V.Manukyan Ermənistan Respublikasının ilk baş naziridir (1990-1991). O, 1992-1993-cü illərdə Ermənistan Respublikasının müdafiə naziri postunu tutub./Modern.az  

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …