Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Siyasət / “Kazimirov, Elçibəyin “xülya” hesab etdiyin fikirləri gerçək oldu”

“Kazimirov, Elçibəyin “xülya” hesab etdiyin fikirləri gerçək oldu”

Fəaliyyətdə olduğu müddətdə Azərbaycan xalqına düşmən münasibətini gizlətməyən, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını təşviq edib diplomatik fəndlərlə bunu əsaslandırmağa çalışan, pensiyaya çıxandan sonra da ildə bir neçə dəfə Ermənistanda və Qarabağda sülənən bu alçaq adam, 1992-1996-cı illərdə Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi və ATƏT-in Minsk Qrupunun həmsədri olmuş Vladimir Kazimirovdur.

Şuşanın azad edilməsi xəbərinə də yəqin ürəyi partlayaraq münasibət açıqlayıb. Məhz bu yaramazın Dağlıq Qarabağ məsələsində vasitəçilik missiyasına zidd fəaliyyəti Azərbaycanda Rusiyaya qarşı mənfi münasibətin yaranmasının səbəblərindən biridir. Qarabağdakı separatçılarla isti münasibətlərini gizlətməyə ehtiyac belə duymayan, 91 yaşlı bu yaramazın Şuşa ilə bağlı iki fikrini xatırladıram ki, onu daha yaxından tanıyaq: 1992-1993-cü illərdə bir neçə dəfə Bakıya səfər edərək bir dəfə də prezident Elçibəylə görüşüb və bu görüşdən sonra prezident onu bir daha qəbul etməyib. Erməniləri açıq müdafiə və Şuşa məsələsində onların mövqeyindən çıxış etdiyi üçün gərgin keçən görüşdə “Şuşa necə Azərbaycanın olacaq?” sualına Elçibəyin verdiyi “Budem otvoyevat Şuşu- Şuşanı döyüşlə alacağıq” cavabına 1993-cü sonlarında verdiyi müsahibədə həmin görüşü xatırladıb ironiya ilə “Elçibəyin fikirlərinin xülya olduğunu” , başqa bir toplantıda isə “Şuşanın ən yaxşı halda Azərbaycanın Yerusəlimi-Qüdsü ola biləcəyini”, yəni heç zaman bizim olmayacağını söyləmişdi. Kazimirov, sənin “xülya” hesab etdiyin fikirlər gerçək oldu. Biz haqlı çıxdıq, Qəhrəman Azərbaycan əsgəri Şuşanı döyüşlə azad etdi. İndi yaxın dostların olan Qarabağ separatçıları ilə bərabər cəhənnəmə qədər yolun var.

Oqtay Qasımov, Politoloq

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …