Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Karlar Cəmiyyətinin sədr müavini hakim qarşısında – “26-lar” abidəsini ziyarət etmişdi

Karlar Cəmiyyətinin sədr müavini hakim qarşısında – “26-lar” abidəsini ziyarət etmişdi

“Azərbaycan Karlar Cəmiyyəti”nin sədr müavini Musa Tukanov hakim qarşısına çıxarılıb.

Azinforum.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.

Xatırladaq ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirək ki, M.Tukanov Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyır.

Rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən M.Tukanov həbsindən əvvəl qalmaqalla gündəmə gəlmişdi. M.Tukanov “26 məzarı”nı ziyarət etmişdi./musavat.com/

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …