Cümə , Yanvar 15 2021
Ana səhifə / Siyasət / Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər — XƏBƏRDARLIQ

Karantin rejimi mayın 31-dən sonra da uzadıla bilər — XƏBƏRDARLIQ

“Azərbaycanda koronavirusla əlaqədar olaraq xüsusi karantin rejimi ən azı mayın 31-dək qüvvədə olacaq”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılış mərasimində bəyan edib. 

Ölkə başçısı bildirib ki, ondan sonra lazım olarsa uzadılacaq:

“Son günlərin mənzəri məni çox üzür və narahat edir. Çünki, son 2-3 gündə xəstələnənlərin sayı, sağalanların sayından çoxdur. Əgər bu dinamika kəskin artarsa mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, məcbur olub karantin rejimini əvvəlki vəziyətə gətirəcəyik. Sərtləşdirəcəyik. Karantin qaydalarını pozanlara qarşı daha ciddi tədbirlər görüləcək. Məqsəd vəziyəti daima nəzarətdə saxlayaq”. 

Həmçinin oxuyun

Afsəddin Nəbiyev: “Biz “xəstə təfəkkürlə” sağalmaz bəlaya düçar olmuş toplumla üz-üzəyik”

Azərbaycan hökuməti işğaldan azad olunmuş Suqovuşan kəndindəki “Suqovuşan-1”, “Suqovuşan-2”, Laçın rayonunun Güləbird kəndindəki “Güləbird” su …